Qazaxda daha bir məktəbdə əsaslı təmir-bərpa işlərinə başlanılıb » Göyəzən internet portalı

Qazaxda daha bir məktəbdə əsaslı təmir-bərpa işlərinə başlanılıb

Azərbaycana dahi şəxsiyyətlər, elm xadimləri, şairlər, yazıçılar bəxş edən Qazax rayonu ziyalılarının sayına görə bütün respublikamızda tanınır. Ölkə təhsilinə öz töhfələrini verən Qazax təhsili bu gün özünün inkişaf dövrünü yaşayır. Bunu ildən-ildən əldə edilən yüksək göstəricilərdən aydın şəkildə görmək olur. Qazanılan uğurların kökündə rayon rəhbərliyinin elm və təhsilə göstərdiyi diqqət və qayğı dayanır.

Təhsildə yüksək göstəricinin və uğurlu nailiyyətlərin əldə olunmasının ən vacib şərtlərindən biri də şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almasıdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təhsil sahəsinə göstərdiyi diqqət və qayğının, müəllim və şagirdlərə verdiyi yükəsk dəyərin nəticəsidir ki, rayonda təhsil sahəsinin daha da inkişaf etməsi üçün məqsədyönlü işlər görülür. Bütün məktəblər əsaslı şəkildə təmir olunur, müasir istilik sistemi, lazım olan inventarlarla təmin olunur. İstər müəllimlərin rahat şəkildə dərs keçmələri, istərsə də şagirdlərin mükəmməl şəkildə bilik əldə etmələri üçün hər cür şərait yaradılır.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazaxda da uğurla icra olunur. Rayonumuzda məktəblərdə əsaslı şəkildə təmir-bərpa işlərinin aparılması artıq ənənə halını alıb. Həmin ənənə bu il də davam etdirilir. Belə ki, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə də əsaslı təmir-bərpa işlərinə başlanılıb.

Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Tahir Musayev məktəbdə görülən işlərlə yaxından tanış olublar.
Qazaxda daha bir məktəbdə əsaslı təmir-bərpa işlərinə başlanılıb
İş icraçısı Pərviz Qafarov bildirib ki, aprel ayının 15-dən etibarən məktəbdə əsaslı təmir işləri aparılır. Bu məqsədlə məktəbin əsas binasında, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetində, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işlərinə başlanılıb. Binanın xarici və daxili fasad hissəsində olan köhnə suvaq çapılaraq tökülür, qapı və pəncərələr sökülür. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilir.

İş icraçısı onu da qeyd edib ki, məktəbdə müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunacaqdır. Yanğından mühafizə məqsədilə inşa olunan su anbarının həcmi 150 kubmetr, içməli suya olan tələbatı ödəmək üçün tikilən anbarın həcmi isə 100 kubmetrdir. Hazırda su anbarlarında bünövrə hissəsinə beton qatının tökülməsi üçün hazırlıq işləri görülür.

Söküntü işləri ilə yanaşı, işlərin başa çatdığı hissələrdə suvaq vurulması da həyata keçirilir. Artıq suvaqçılar idman zalında və klubda bu işə başlayıblar.

Məlumat üçün qeyd edək ki, işlərin sürətlə aparılması məqsədilə pedaqoji şuranın qərarı ilə məktəb 2 növbəli qaydada fəaliyyət göstərir.

GOYEZEN.AZ

Facebook-da paylaş