• Təqvim

  • Unutma

  • Maraq

“İnvestel GROUP” MMC-də işlər sürətlə davam etdirilir

“İnvestel GROUP” MMC-də işlər sürətlə davam etdirilir
Ölkə Başçısının göstərişlərinə uyğun olaraq demək olar ki, ölkəmizdə sahibkarlığın inkişaf etməsi üçün olduqca əlverişli münbit şərait yaradılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sahibkarlara və iş adamlarına hərtərəfli dəstək verilir. Məhz sahibkarlara göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda yeni-yeni sahibkarlıq obyektləri tikilir, istehsal müəssisələri inşa edilir.

Rayonun ünvanına daxil olan yeni sahibkarlıq obyektlərindən biri də “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən kənd təsərrüfatı müəssisəsidir. Rayon rəhbərliyi mütəmadi olaraq yeni inşa olunan tikinti obyektinə baş çəkir, görülən işlərlə maraqlanır.

Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Tahir Musayev yeni inşa olunan obyektə gələrək həyata keçirilən işlərlə yaxından tanış olublar.
“İnvestel GROUP” MMC-də işlər sürətlə davam etdirilir
Layihə rəhbəri Kamil Əlimirzəyev məlumat verərək bildirib ki, əsas tikinti işləri demək olar ki, başa çatıb. Qeyd edib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

Hazırda 2600 tonluq soyuducu anbarın tikinti işləri bitib. Metal konstruksiya örtük montaj işləri aparılmaqdadır. Eyni zamanda, inzibati binanın tikintisi işləri də başa çatıb. Burada elektrik və daxili montaj işləri həyata keçirilir. Tezliklə binada tamamlanma işləri görüləcəkdir.

Məlumat verilib ki, ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilibdir. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıbdır.

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilibdir. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıbdır.

Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

GOYEZEN.AZ

Facebook-da paylaş