• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib

Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib.

Gənclər Mərkəzində keçirilən müşavirədə RİHB Aparatının məsul işçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Baş prokurorluğun, Daxili İşlər Nazirliyinin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Qərb bölgəsi üzrə idarələrinin rəhbərləri, rayon Təhsil şöbəsinin işçiləri, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim-tələbə kollektivi, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Sonra Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib.

Gənclər Mərkəzində davam edən tədbir "Şəhadət” filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki. cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı həmişə birlik, həmrəylik nümayiş etdirib. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır.
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Əfsuslar olsun ki, son illlər bu istiqamətdə çox təhlükəli proseslər də cərəyan edir, mənfi hallar baş verir. Din pərdəsi altında müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri və məktəblər dağıdılır. Son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunduğunu göstərir. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Bu müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir.
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
M.Alıyev bu istiqamətdə son illər rayonumuzda görülən məqsədyönlü işlər barədə danışaraq dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tənzimlənməsi məqsədilə əhalinin müxtəlif təbəqələri, gənclər, tələbələr və şagirdlər arasında dini maarifləndirmə işlərinə diqqətin daha da artırıldığını bildirib. Ötən ilin noyabr və bu ilin yanvar ayında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin layihəsi əsasında rayon İcra Hakimiyyəti tərəfindən rayonun təhsil müəssisələrində "İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda silsilə tədbirlərin keçirilməsini, nümayiş olunmuş "Fitnə” və "Şəhadət” filmlərinin bütün pedaqoji kollektivlərin müəllim, tələbə və şagirdləri tərəfindən maraqla qarşılandığını qeyd edib.
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, bu gün biz bir sıra hallarda terror hadisələrinin kökündə din amilinin dayandığının xüsusi vurğulandığının şahidi oluruq. Bir sıra dairələr insanlara sülh, əmin-amanlıq bəxş etmək missiyası daşıyan səmavi dinləri terrora zəmin yaratmaqda günahlandırırlar. Bu məsələdə daha çox haqsızlığa və tənqidə məruz qalan din İslamdır. Təəssüf ki, məlumatsızlıq, qeyri-obyektiv təbliğat, bir sıra hallarda müsəlmanların qeyri-adekvat davranışları və digər səbəblərdən yüz minlərlə insanda İslam dini ilə bağlı zaman-zaman yanlış təsəvvür formalaşmışdır.

Əslində heç bir din zorakılığa, terrora və dini ayrı-seçkiliyə haqq qazandırmır. İslam meydana gəldiyi gündən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı vacib saymış, ayrı-ayrı dinlərin mənsublarına öz inanclarına uyğun yaşamalarına şərait yaratmışdır. Bu gün terrora ən sərt münasibət bildirən İslam, ondan ən çox əziyyət çəkənlər isə müsəlmanlardır
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Baş prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov bildirib ki, Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydana çıxmağa başlamış, müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi ölkədə xeyli problem yaratmışdır. Yetmiş ildən artıq bir müddətdə sovet rejiminin ateizm təbliğatına məruz qalan, din xadimlərinin fəaliyyətinə və dini maarifləndirmənin aparılmasına qadağa qoyulan ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra problemlər özünü açıq şəkildə göstərir, əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, dinlərin fəlsəfəsinə, Azərbaycanda yayılması tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi radikal dini təriqətlərin respublikada yayılmasına əlverişli şərait yaradırdı. Eyni zamanda, müstəqilliyin ilk illərində bu sahəyə dövlət nəzarəti zəif həyata keçirilirdi, insanlara humanitar yardım göstərmək məqsədilə ölkəmizə gələn müxtəlif təşkilatlar zərərli dini təlimləri yaymağa, əsasən də gəncləri təsir altına salmağa çalışırdılar. Bu cəhdlər isə dini ekstremist əhval-ruhiyyəli qrupların yaranmasına şərait yaradırdı. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində həmin cəhdlərin qarşısı qətiyyətlə alındı, bütün xalqların nümayəndələrinin vahid azərbaycançılıq ideyası ətrafında birləşməsinə nail olundu. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə və təhlükəsizlik siyasəti gənclərin məlumatlandırılması, dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınması, terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, onlardan qorunma yolları barədə maarifləndirmənin təşkili aparılan işlərin və həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Daxili İşlər Nazirliyinin şöbə rəisi Oktay Tağıyev çıxışı zamanı bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib" fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini anlamaq baxımından bütün mətləblərə aydınlıq gətirir.
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi İlham Süleymanov çıxış edərək qeyd edib ki, bu gün ölkəmizdə müxtəlif adətlərin, inancların mehribancasına qaynayıb-qarışdığı multikultural mühit yaratmağı bacarmışıq. Buna misal olaraq dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik.
Çıxışlar başa çatdıqdan sonra M.Alıyev zalda qoyulmuş mikrafon vasitəsilə tədbir iştirakçılarını maraqlandıran məsələlərlə bağlı qonaqlara sual verməyə dəvət edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov yekun olaraq tədbir iştirakçılarına dini ekstremizmə qarşı mübarizədə ayıq-sayıq olmağı, belə halların baş verməməsi üçün mübarizə aparmağı tövsiyə edib. Bu yolda bütün tədbir iştirakçılarına uğurlar arzulayıb.
Elçin İSMAYIL
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib
Qazaxda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri–dini ekstremizm” mövzusunda müşavirə keçirilib


Facebook-da paylaş