Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı


Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək demək olar ki, həftənin bütün günlərində fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlər verir.

Rəcəb Babaşov bu gün də fərdi qəbul keçirib. Vətəndaşlar müxtəlif məsələrlə bağlı müraciət ediblər.

Rayon rəhbərliyi Xanlıqlar kənd sakini Xankişiyev Sədrəddin Süleyman oğlunu qəbul edib. Vətəndaş nəvəsinin bağçaya qoyulması ilə bağlı müraciət edib. S.Xankişiyevə bağçada yaxın günlərdə yer olacağı və müraciətinin yerinə yetiriləcəyi bildirilib.

İşlə təmin olunmaq barədə müraciət edən Hüseynbəyli kənd sakini Abbasova Gülnar Cəlil qızına boş yeri olan kimi kömək ediləcəyi cavabı verilib.

Qarabağ müharibəsi veteranı, Kosalar kənd sakini Məmmədov Ədalət Fərhad oğlunun həyətyanı torpaq sahəsi ilə təmin olunmaq barədə müraciəti də cavablandırılıb.

Həmin kənddən olan II qrup Qarabağ müharibəsi əlili Süleymanov Nofəl Rəşid oğlunun müraciətinə cavab olaraq İcra Başçısı “Gəlib yerində baxış keçiriləcəyi” cavabını verib.

Rayon rəhbərliyi Daş Salahlı kənd sakini Cürənova Timnarə Məcid qızının, şəhər sakini Novruzova İmamirə Qədim qızının müxtəlif mövzulu müraciətlərini diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə cavablandırıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş