Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin təməlqoyma mərasimi olub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin təməlqoyma mərasimi olub

Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin təməlqoyma mərasimi olub
Qazax rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni tibb məntəqələrinin inşası buna əyani sübutdur.

Bu gün rayonun Yuxarı Salahlı kəndində daha bir yeni həkim məntəqəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və İcra Aparatının məsul işçiləri, rayon səhiyyə şöbəsinin rəhbərliyi və əməkdaşları, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni tikiləcək həkim məntəqəsinin inşa ediləcəyi əraziyə gələrək təməlqoyma mərasimində iştirak edib.

İcra Başçısı qeyd edib ki, təməlqoyma mərasiminə toplaşdığımız həkim məntəqəsi Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilir.

Bildirib ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikiləcək bu bina Azərbycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və möhkəmləndirilmişdir.

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov Yaponiya ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb. Yeni inşa olunacaq həkim məntəqəsi haqqında ətraflı məlumat verərək qeyd edib ki, məntəqə 8 otaqdan ibarət olacaqdır. Bütün müasir avadanlıqlarla tam təmin olunacaq yeni həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir.

Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edəcək çardaq qurulacaqdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xeyir-dua verdikdən sonra məntəqənin bünövrə hissəsinə beton tökülməsinə başlanılıb.

Elçin İSMAYIL

Facebook-da paylaş