İcra Başçısı “Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytının redaksiyasında olub » Göyəzən internet portalı


İcra Başçısı “Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytının redaksiyasında olub

İcra Başçısı “Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytının redaksiyasında olub
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytının yerləşdiyi binaya gələrək mövcud şəraitlə yerində tanış olub.

Qəzetin və saytın baş redaktoru Elçin İsmayıl rayon rəhbərliyinə qəzetin və saytın fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, istər qəzetin, istərsə də saytın geniş oxucu və izləyici kütləsi var. “Göyəzən” qəzeti 3000 tirajla ayda iki dəfə nəşr olunur. GOYEZEN.AZ saytı isə öz ətrafına 25000-dən çox izləyici toplayıb.

Bildirib ki, redaksiyalar inventarlarla və texniki avadanlıqlarla tam təmin olunub. Kollektivdə peşəkar jurnalistlər çalışır və onların peşəkarlığı sayəsində bütün məlumatlar operativ olaraq oxuculara çatdırılır.

“Göyəzən” qəzetinin və GOYEZEN.AZ saytının inzibati binası, şəraiti, təminatı ilə ətraflı tanış olan İcra Başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.


Facebook-da paylaş