2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur » Göyəzən internet portalı


2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur

2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir olunması, yenidən tikilməsi istiqamətində mühüm işlər görür, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.

Xəbər verdiyimiz kimi, rayon rəhbərliyinin tapşırığına əsasən şəhər 2 saylı uşaq bağçasının da əsaslı şəkildə təmirinə başlanılıb.

Əsas binada təmir aparıldığı üçün bağça müvəqqəti olaraq başqa ünvanda fəaliyyət göstərir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçanın müvəqqəti olaraq fəaliyyət göstərdiyi yeni ünvana gəlib. Rayon rəhbərliyi burada yaradılan şəraitlə yaxından tanış olub, tezliklə bağçanın əsas binasının hazır olacağını və orada hər cür şərait yaradılacağını bildirib.

Daha sonra İcra Başçısı bağçanın əsas binasında aparılan təmir-bərpa işləri ilə tanış olub.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, təmir işlərinə dünəndən başlanılıb. Qeyd edib ki, ilkin olaraq binanın hər 2 mərtəbəsində söküntü işləri görülür. 2 günə bu işi başa çatdıracaqlarını bildirib.

L.Həsənov görüləcək işlər barədə də məlumat verib. Qeyd edib ki, söküntü işləri başa çatdıqdan sonra əsaslı təmir işlərinə başlanılacaqdır. Bu məqsədlə 3 briqada yaradılıb. Binada suvaq işləri görüləcək, qapı və pəncərələr, döşəmə yenisi ilə əvəz olunacaqdır. Mətbəx, sanitar qovşağı və sair köklü şəkildə təmir olunacaqdır. Binanın içərisində dəyişikliklər də olacaqdır.

İcra Başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra öz tapşırıq və tövsiyələrini verib.

2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur
GOYEZEN.AZ


Facebook-da paylaş