Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir » Göyəzən internet portalı

Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Сəfərli kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə bu fikir səslənib

Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonunun bütün sərhəd kəndləri kimi, Cəfərli kəndi də sərhəddə yerləşməsinə və müharibənin ağrı-acılarını çox çəkməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Son 1 il 11 ayda göstərilən diqqət və qayğının nəticəsidir ki, Cəfərli günü-gündən inkişaf edir, kəndin necə deyərlər, yeni tarixi yazılır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Cəfərli kəndinin sakinləri ilə səyyar görüş keçirib. Rayon rəhbərliyi görüşdə çıxış edərək cənab İlham Əliyevin yenidən yüksək səs faizi ilə Prezident seçilməsi münasibətilə bütün kənd sakinlərini, qazaxlıları və ürəyi Azərbaycanın çiçəklənməsi arzusu ilə döyünən hər bir insanı təbrik edib.
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
İcra Başçısı bildirib ki, bu il artıq üçüncü dəfədir ki, sizinlə belə görüşlərimiz keçirilir. Məqsədimiz sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili mənim fəaliyyətimin də əsasını təşkil edir. Qazaxda işə başladığım ilk gündən mən hər zaman rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, tez-tez sizin görüşünüzə də gəlirəm. İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, son bir il 11 ay ərzində rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Bildirib ki, mənim sərhəd kəndlərinə xüsusi yanaşmam var. Fəaliyyətə başladığım ilk gündən sərhəd kəndlərinin əhalisinə xüsusi diqqət və qayğı göstərirəm. Digər sərhəd kəndləri kimi, Cəfərlidə də xeyli işlər görülmüşdür. Qaz, işıq, su, telefon və digər məişət və sosial məsələlər öz müsbət həllini tapıb.
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Rayon rəhbərliyi bildirib ki, asfalt yolun çəkilişi artıq başa çatmaq üzrədir. Yol çəkilib qurtardıqdan sonra kənddaxili bütün yollara çınqıl daşınıb tökülməsi və hamarlanması barədə göstəriş verib.

Qeyd edib ki, kənddə islahat getməyib. Buna baxmayaraq camaatın, xüsusilə gənclərin torpaq sahələrinə ehtiyacı var. Ona görə də işçi qrupunun, kənd ağsaqqallarının iştirakı ilə bu məsələ həll olunmalıdır. Kəndin su ilə təchizatından söz açan rayon rəhbərliyi mövcud 3 artezian quyusundan 2-sinin işlədiyini, 1-nin isə təmir olunduğunu qeyd edərək dövlət proqramı əsasında ilk quyunun Cəfərli kəndində qazılacağını bildirib.

Bu gün bütün xidmət idarələri rəhbərlərinin iştirakı ilə sizinlə görüşünüzə gəlmişik. Xahiş edirəm ki, sizi narahat edən məsələləri deyəsiniz.

Kənd ağsaqqallarından Sabir Vəliyev, Mehman Nəbiyev, sakinlərdən Mətanət Musayeva, Vidadi Aslanov, Məzahir Mustafayev, İlham Aşurov çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə son 1 il 11 ay ərzində görülən işlərdən danışan kənd sakinləri qeyd ediblər ki, kəndimizdə yerləşən 20 yerlik uşaq bağçası neçə illər idi ki, çox bərbad vəziyyətə düşmüşdü, otaqlar darısqal və təmirsiz idi. Sizin tapşırığınıza əsasən bağça binası əsaslı şəkildə təmir edilərək yenidən qurulmuş, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Bundan əlavə, kənd əhalisinin uzun illərdən bəri həsrətində olduğu yol problemi sizin tapşırığınız nəticəsində öz müsbət həllini tapmışdır. Kəndə çəkilən yüksək keyfiyyətli asfalt yolun çəkilişi artıq başa çatmaq üzrədir. Bu, Ölkə Başçısının sərhəd kəndində yaşayan biz sakinlərə ən böyük töhfəsidir.

Çıxış edənlər sərhəd kəndinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötəl ilin sonlarında əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən kənd uşaq bağçasında olub, körpələrə göstərilən xidmətlə maraqlanıb və razı qaldığını bildirib.

Elçin İSMAYIL

Facebook-da paylaş