Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək demək olar ki, həftənin bütün günləri fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlər verir.

Bu gün fərdi qəbul keçirən İcra Başçısı ərizələrinə əsasən bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Şəhər sakinlərindən I qrup Qarabağ əlili Alıyev Namiq Famil oğlu, şəhid qardaşı Əhmədov Amil Fərman oğlu, “Tərəqqi” medallı Muradov Rəhim Murad oğlu, Əməkdar məşqçi Əhmədov Azər Bayraməli oğlu, II qrup Qarabağ əlili Mustafayev Bilal Maqsud oğlu, Ağstafa rayon sakini Sadıqov Vəkil Məmməd oğlu kollektiv şəkildə rayon rəhbərliyinin qəbulunda olublar. Övladlarının əlbəyaxa döyüş idman növü ilə məşğul olduqları idman zalının genişləndirilməsi üçün qonşuluqda olan boş otağın verilməsini xahiş ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra qeyd olunan məsələnin həlli ilə bağlı aidiyyatı üzrə tapşırıq verib.

Bakı şəhər sakini, yazıçı Nəsibov Vaqif Hüseyn oğlu doğulub boya-başa çatdığı Qazax rayonunda şəxsi ev tikilməsi ilə bağlı rayon rəhbərliyinə müraciət edib. İcra Başçısı vətəndaşın evinin tikilməsinə köməklik göstərilməsi barədə göstəriş verib.

Quşçu Ayrım kənd sakini, II qrup əlil, təqaüdçü Qasımov Qəməd Əhməd oğlunun həyat yoldaşı Qasımova Vüsalə Mülkədar qızı ilə birlikdə qəbulda olaraq işıq xəttinin bərpa olunması və ünvanlı sosial yardımın verilməsinə köməklik göstərilməsi ilə bağlı rayon rəhbərliyinə müraciəti də müsbət həll olunub.

Şəhər sakini Rəhimova Nəzakət Seyid qızı bacısı Rəhimova Güllüzar Seyid qızı ilə birgə fərdi qəbulda olaraq əmlak komitəsi ilə aralarında yaranmış narazılığın həll olunması üçün onlara köməklik göstərilməsi ilə bağlı ərizə ilə müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinləyərək qaldırılan məsələnin vətəndaşların xeyrinə həll edilməsi üçün müvafiq tapşırıq verib.

Şəhid ailəsi Əmirova Sehran Qasım qızının mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətinə cavab olaraq İcra Başçısı boş yer yaranan zaman köməklik göstəriləcəyini bildirib.

İkinci Şıxlı kənd sakini Ömərov Mustafa Ömər oğlunun, Yuxarı Əskipara kənd sakini Şərifov Qombaris Qayıb oğlunun, Cəfərli kənd sakini Yusifov İsmət Fazil oğlunun müxtəlif məsələlərlə bağlı müraciətləri İcra Başçısı tərəfindən müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş