Aprel döyüşləri iştirakçılarına qayğı göstərilir - » Göyəzən internet portalı


Aprel döyüşləri iştirakçılarına qayğı göstərilir - Qazaxda

Aprel döyüşləri iştirakçılarına qayğı göstərilir -
Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərindən 2 il ötür. Həmin tarixi döyüşlərdə Qazax rayonu üç şəhid vermiş, yaralananlar olmuşdur. Qazax rayonunda döyüşlərin ildönümü ilə əlaqədar mütəmadi olaraq silsilə tədbirlər keçirilir, şəhidlərin doğum və anım günləri qeyd olunur, iştirakçılara isə qayğı göstərilir. Bu, artıq rayonda ənənə şəklini alıb.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aprel döyüşlərinin iştirakçısı olmuş Qurbanov Fərid Qurban oğlunu, anası Qurbanova Zeynəb Kərim qızını və Aprel döyüşlərinin qazisi Həsənov Ülfət Viktor oğlunu birlikdə qəbul edib.

Z.Qurbanova oğlu Fəridin müalicəsinin dövlət tərəfindən aparıldığını qeyd edib. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra Aprel döyüşləri şəhidlərinə və iştirakçılarına Qazax rayonunda diqqət və qayğı göstərildiyini bildirib. F.Qurbanovun müalicəsinə köməklik göstəriləcəyini qeyd edərək bununla bağlı göstəriş verib.

Aprel döyüşlərinin iştirakçıları onları qəbul etdiyinə və köməklik göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Aprel döyüşləri iştirakçılarına qayğı göstərilir -
GOYEZEN.AZ


Facebook-da paylaş