Bütün bağçalarda yüksək şərait olmalıdır » Göyəzən internet portalı


Bütün bağçalarda yüksək şərait olmalıdır

Bütün bağçalarda yüksək şərait olmalıdır
Abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əsaslı işlər görülür. Yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur.

Bu istiqamətdə ötən il xeyli yaddaqalan işlər görülmüşdür. 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmiş, Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası və Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və körpələrin istifadəsinə verilmişdir.

2018-ci ilin sonuna kimi rayondakı bütün bağçaların əsaslı şəkildə təmir olunub yenidən qurulacağını bildirən rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən bu istiqamətdə əməli işlərə başlanılıb. Artıq Daş Salahlı kəndindəki 1 saylı körpələr evi-uşaq bağçasının və şəhər 2 saylı uşaq bağçasının təmir olunması barədə tapşırıq verilib.

Bu gün isə daha bir bağçanın əsaslı şəkildə təmir olunması qərara alınıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Hərbi şəhərcik” adlanan ərazidəki çoxmənzilli binalarda aparılan təmir-bərpa işləri ilə tanış olduqdan sonra 6 saylı körpələr evi-uşaq bağçasına gəlib. Mövcud vəziyyətlə yerində tanış olaraq bağçanın bütün otaqlarına baxıb.

Tanışlıq zamanı məlum olub ki, bağça binası günün tələblərinə cavab vermir. Ona görə də rayon rəhbərliyi tezliklə bağça binasında təmir-bərpa işlərinin başlanması barədə göstəriş verib. Qeyd edib ki, bağça yüksək səviyyədə təmir olunmalı və yenidən qurulmalıdır.

Yaxın günlərdə bağça binasının əsaslı şəkildə təmir olunmasına başlanılacaqdır.

Elçin İSMAYIL

Bütün bağçalarda yüksək şərait olmalıdır
Bütün bağçalarda yüksək şərait olmalıdır
Bütün bağçalarda yüksək şərait olmalıdır
Bütün bağçalarda yüksək şərait olmalıdır


Facebook-da paylaş