• Təqvim

  • Unutma

  • Maraq



Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir

Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir
Son illər Qazax rayonunda yeni sənaye müəssisələri yaradılır, bu sahənin inkişaf etməsi üçün mühüm işlər görülür. Rayonda tikilən yeni istehsal müəssisələrindən biri də Elektrod Zavodudur. “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən yeni zavodda demək olar ki, əsas işlər görülübdür.

Yeni istehsal müəssisəsinin tikintisi ilə mütəmadi olaraq maraqlanan rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də Elektrod Zavoduna gələrək görülən işlərlə tanış olub.

İcra Başçısına məlumat verilib ki, 2017-ci ildə tikintisinə başlanılmış zavodda hazırda son tamamlanma işləri aparılır. Zavodun əhatə etdiyi 1,5 hektar sahədə əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahədə tikinti işləri tam başa çatıb.

Tikinti işləri ilə yanaşı, ərazinin ətrafında yaşıllaşdırma işləri də aparılıb. Buraya müxtəlif növ ağaclar və gül kolları əkilib.

Bununla yanaşı, zavodun ərazisində kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə əlavə olaraq 5000 tonluq anbarın tikintisinə də başlanılıb.

İşə düşdükdən sonra müəssisədə 100 nəfərdən çox rayon sakininin işlə təmin olunması nəzərdə tutulubdur.

Görülmüş işlərlə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tövsiyələrini verib.

Elçin İSMAYIL

Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir
Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir
Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir
Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir
Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir
Elektrod Zavodu Qazaxın yeni istehsal müəssisəsidir


Facebook-da paylaş