Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub » Göyəzən internet portalı

Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub

Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub
2016-cı ilin Aprel döyüşləri öz qələbəsi, öz əks-sədası ilə Azərbaycan tarixinə düşdü. Çünki Aprel döyüşləri bizim ilk qalibiyyətimiz, ilk zəfər salnaməmizdir. O qanlı və şanlı döyüşlərdən düz 2 il ötür. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Onlardan biri də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan həmyerlimiz Əliyev Orxan Məhəmməd oğludur. Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan ölümündən bu gün 2 il bir vaxt keçir Orxanın. Bununla əlaqədar olaraq şəhidin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində ildönümü mərasimi keçirilib.
Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ildönümü mərasimində iştirak etmək üçün Aslanbəyli kəndinə gəlib. Mərasimdə Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, İcra Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, şəhidin döyüş yoldaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Şəhidin məzarı ziyarət olunduqdan sonra ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq əziz xatirəsini yad ediblər.
Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb. Qeyd edib ki, Aprel döyüşləri bizim ilk qalibiyyətimiz, zəfər salnaməmizin ilk misralarıdır. Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü və anladı ki, xalqımız işğal olunmuş torpaqlarını heç zaman güzəştə getməyəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir. Aprel döyüşləri dünya ictimaiyyətinə öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatını alt-üst etdi.

R.Babaşov çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub
Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açıb, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyindən danışıblar. Qeyd ediblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Orxan Əliyev də heç zaman unudulmayacaq, onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Aprel şəhidi Orxan Əliyevin ildönümü qeyd olunub
Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb.

Sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilmişdir.

Elçin İSMAYIL

Facebook-da paylaş