• Təqvim

  • Unutma

  • Maraq

31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Qazaxda anım mərasimi keçirilib

Qazax rayonunda 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, hərbi hissələrin və hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, QHT və KİV nümayəndələri, rayon sakinləri iştirak edib.

Şəhidlər Xiyabanında başlayan tədbirdə matəm musiqisi səsləndirilib.

Soyqırım qurbanlarının ruhuna fatihə surəsi oxunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksin önünə gül dəstələri qoyaraq soyqırım qurbanlarının xatirəsini böyük ehtiramla yad edib. Tədbir iştirakçıları da şəhidlərin xatirəsini yad edərək abidə kompleksin önünə qərənfil dəstələri qoyublar.

Mərasim Gənclər Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları Mərkəzin foyesində qərənfillərdən düzəldilmiş və yanan şamlarla əhatələnmiş “31 Mart” adlı kompozisiyaya baxıblar. Məktəblilərin soyqırıma həsr olunmuş rəsmləri də maraqla izlənilib.

Tədbir “Mart soyqırımı” adlı sənədli filmin nümayişi ilə başlayıb.

Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək xalqımızın tarixində qanla yazılmış soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli qətliamlardan danışıb.

Qeyd edib ki, 1918-ci il martın 31-dən etibarən ermənilər Bakı şəhərini, sonra da bütün Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlayıblar. Həmin günlərdə minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı daha sonra Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə də dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.

Rəcəb Babaşov qeyd edib ki, mart soyqırımına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da ümummilli liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Qeyd edib ki, daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlardır.

Rəcəb Babaşov Prezident İlham Əliyevin rəhbərliyi altında itirilmiş torpaqlarımızın geri qaytarılacağına, tarixi həqiqətlərin bərpa ediləcəyinə əmin olduğunu bildirib.

Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdiri Gündüz Abışov, məsləhətçi Səba Paşayeva, aparıcı məsləhətçi Müşviq Pirverdiyev, böyük məsləhətçi Gülnar Quluyeva, baş məsləhətçi Teybə Hüseynova, I qrup Qarabağ Müharibəsi əlili Namiq Alıyev çıxış edərək soyqırımla bağlı fikirlərini bildiriblər.

Tədbirin gedişi zamanı Qazax Dövlət Dram Teatrın aktyorları tərəfindən hazırlanmış əbədi-bədii kompozisiya nümayiş etdirilib. Şəhər M.Hüseyn adına məktəb-liseyin, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin, Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənib.

Elçin İSMAYIL

Facebook-da paylaş