Qazaxda 262,84 km uzunluğunda suvarma kanalları və arxları təmizlənib » Göyəzən internet portalı

Qazaxda 262,84 km uzunluğunda suvarma kanalları və arxları təmizlənib

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən ötən il su kanalları və arxları təmir olunub, kol-kosdan və lildən təmizlənib. Nəticədə suyun ötürücülük gücü artırılıb, su itkisinin qarşısı alınıb. Kənd təsərrüfatının su ilə təmin olunmasının nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.

Suvarma kanalları və arxlarının təmizlənməsi ənənəsi bu il də davam etdirilir. Artıq bir neçə aydır ki, rayon rəhbərliyinin müvafiq tapşırığı ilə su kanalları və arxlarının təmizlənməsinə başlanılıb. Bu məqsədlə rayonun bütün kəndlərində əhali tərəfindən kanal və arxların lildən, kol-kosdan təmizlənməsi işləri həyata keçirilir. Əl ilə yanaşı, lazım gələn yerlərdə texnikadan da istifadə olunur.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kanal və arxların təmizlənməsini daim nəzarətdə saxlayaraq mütəmadi olaraq kəndlərə gedir, işlərin gedişatı ilə maraqlanır. Bu gün İcra Başçısı rayonun Kosalar, Qazaxbəyli və Orta Salahlı kəndlərində olaraq görülən işlərlə tanış olub. Tədbirdə İcra Başçısı ilə birlikdə aidiyyatı təşkilatların rəhbərləri də iştirak edib.

Kosalar kəndində rayon rəhbərliyinə məlumat verilib ki, 20,9 km uzunluğunda arx və kanalın təmizlənməsi nəzərdə tutulmuşdu. Əlbir işin nəticəsidir ki, qısa müddətdə təmizləmə işləri demək olar ki, başa çatmaq üzrədir. Bunun 17,4 km əllə, 2,65 km isə texnika ilə təmnizlənib.

Qazaxbəyli kəndində də təmizləmə işləri sürətlə davam edir. Bu işdə elliklə iştirak edən kənd sakinləri nəzərdə tutulmuş 7,3 km arxın 6 km–ni təmizləyiblər. Burada da əsas işlər əllə görülüb (5 km).

Orta Salahlı kəndində İcra Başçısına məlumat verilib ki, 14 km uzunluğunda arx və kanalın təmizlənməsi nəzərdə tutulub. Artıq 10,63 km-də bu işlər başa çatdırılıb. Görülən işlərin yarısı əllə, yarısı isə texnika vasitəsilə həyata keçirilib.

Rayon üzrə ümumi uzunluğu 261,9 km olan kanal və arxların təmizlənməsi nəzərdə tutulubdur. İşin sürətlə və elliklə aparılmasının, əkin sahələrinin genişləndirilməsinin nəticəsidir ki, bu günə kimi nəzərdə tutulduğundan da çox – 262,84 km uzunluğunda arx və kanallar təmizlənib və yararlı hala salınıb. Bunun 142,37 km əllə, 120,47 km isə texnika ilə təmizlənib.

Arx və kanallar boyunca gəzib, görülən işlərlə tanış olan İcra Başçısı bu ümumxalq işində iştirak edən kənd sakinləri ilə də görüşüb, söhbət edib. Sakinlər arxların təmizlənməsi ilə əlaqədar tapşırıq verdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Arx və kanalların təmizlənməsi işləri davam etdirilir.

Elçin İSMAYIL

Facebook-da paylaş