Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı


Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Quşçu Ayrım kənd sakini, təqaüdçü Əhmədov Əhməd Qaraca oğlu ermənilərin açdığı atəş nəticəsində dağıdılmış mal tövləsinin təmir olunması barədə müraciət edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra lazım gələn tikinti materiallarının verilməsini tapşırıb.

Şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Yusifov Mehman Dünyamalı oğlunun həyat yoldaşı Yusifova Aləmzər Allahverən qızı ilə birlikdə torpaq və mənzillə təmin olunmaqla bağlı müraciəti müsbət həll olunub. Rayon rəhbərliyi bununla bağlı göstəriş verib.

İşlə təmin olunmaq barədə müraciət edən Xanlıqlar kənd sakini Məmmədov Zahir Abbas oğluna və onun həyat yoldaşı Məmmədova Flora Məcnun qızına müvafiq olaraq işlər təklif olunub.

Şəhər sakini, II qrup hərbiçi əlil Həsənov Azər Cahangir oğlunun işlə bağlı müraciətinə rayon rəhbərliyi kömək edəcəyini bildirib. Onun həyat yoldaşı Orucova Nüşabə Sabir qızına isə ixtisasına uyğun işlə təmin olunması üçün imtahan verməsi məsləhət görülüb.

Rəcəb Babaşov Aşağı Əskipara kənd sakini Əsgərov Elnur Yusif oğlunun, Çaylı kənd sakini Bənnayeva Zenfira Rövşən qızının, şəhər sakini Mansırova Nərminə Rəfail qızının, Kəmərli kənd sakini Dursunov Adıgözəl Məmməd oğlunun işlə təmin olunmaları barədə müraciətlərinə cavab olaraq vətəndaşlara köməklik göstərilməsi barədə göstəriş verib.

Orta Salahlı kənd sakini Mehdiyev Murad Ələkbər oğlu vaxtilə yol verdiyi səhvlərə görə rayon rəhbərliyinə etdiyi üzrxahlıq səmimiyyətlə qəbul edilib.
Ağköynək kəndində yaşayan Mahmudova Tünzalə Məcid qızının şəxsi obyektinin işləməsi üçün ona kömək göstərilməsi ilə əlaqədar İcra Başçısına müraciəti müsbət həll olunub.

Daş Salahlı kənd sakini Cəfərov Fərhad Süleyman oğlunun, atası Məmmədov Novruz Qayıb oğlu və anası Əhmədova Mələk Abdulla qızı ilə birlikdə müraciət edən Turan Məmmədovanın, Çaylı kənd sakini İsmayılov Mayıl Səhrab oğlunun, şəhər sakinlərindən İsmayılova Elyanora Sadəddin qızının, İsmayılova Validə Nəriman qızının və Xasayeva Şəfəq Həsən qızının, Qarabağ müharibəsi veteranı Həsənov Cəfər Mədət oğlunun müxtəlif səpkili müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Bakı şəhər sakini, təqaüdçü Əliyev Əvəz Hüseyn oğlunun yaşadığı Daş Salahlı kəndində torpaq sahəsi almaq, şəxsi evinə qaz və işıq çəkdirməklə bağlı müraciətinə rayon rəhbərliyi köməklik göstərilməsi barədə göstəriş verib.

ELÇİN İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş