Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisində əsas işlər görülüb » Göyəzən internet portalı

Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisində əsas işlər görülüb

Qazax rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. Rayonumuzda inşa edilən 145 çarpayılıq, 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxana binası buna əyani sübutdur. 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında rayon sakinlərinin sağlamlığının keşiyində dayanmaq üçün hər cür şərait yaradılır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq tikintiyə baş çəkir, görülən işlərlə tanış olur, mövcud vəziyyətlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.

Bu gün İcra Başçısı növbəti dəfə Mərkəzi Xəstəxananın tikintisi ilə yaxından tanış olub, görülən işlərlə maraqlanıb.

Baş iş icraçısı Calal Əfəndiyev rayon rəhbərinə başa çatdırılan işlər barədə məlumat verərək bildirib ki, hazırda 5 korpusda əsas işlər demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Elektrik işləri demək olar ki yekunlaşıb, havalandırma işləri də başa çatmaq üzrədir. Bundan əlavə, sanitar qovşaqlarında kafel və metlax işləri yekunlaşıb. Sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.
Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisində əsas işlər görülüb
C.Əfəndiyev qeyd edib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür. Belə ki, binanın ətrafına hasar çəkilib. Giriş hissəsinə isə aqlay vurulub. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında qazanxana binasının tikintisi başa çatdırıldıqdan sonra 400 kubmetrlik iki ədəd su hovuzu və nasos stansiyası da inşa edilib. Həmçinin nəzarət-buraxılış məntəqəsi də tam hazırdır. Hazırda transformator stansiyası üçün bina tikilməkdədir.

İş icraçısı bildirib ki, xəstəxana binasının xarici hissəsində keramo-qranit vurulacaq ki, onun da alt hissəsində hazırlıq işlərinin yarıdan çoxu görülüb. Eyni zamanda, binanın daxilində rəngsaz işləri davam edir. Bütün köməkçi binalarda görülən işlərin, xarici səki daşlarının vurulmasında, hasarın çəkilməsində görülən işlərin demək olar ki, 70-80%-i yerinə yetirilib.

İş icraçısı onu da qeyd edib ki, tikintidə çalışanların əksəriyyəti qazaxlılardır. İnşaat işlərini aparan 10 briqada əsasən yerli sakinlərdən təşkil olunub. Elektriklər, hörükçülər, rəngsazlar, eləcə də fəhlələrin çoxusu Qazax sakinləridir.

Təmir-tikinti və bərpa işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürəti ilə yanaşı, keyfiyyətlə aparılmasını da tapşırıb. Qeyd edib ki, rayonun bütün tibb müəssisələri tələb edilən səviyyədə olmalı, insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilməlidir.

Elçin İSMAYIL

Facebook-da paylaş