• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bayram süfrəsi açılıb

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına daim diqqət və qayğı göstərir. Rayonumuzda hər bayram və əziz günlərdə olduğu kimi, Novruz bayramında da şəhid ailələri unudulmayıb, onlar üçün bayram süfrələri açılıb. Həmin ənənə bu il də davam etdirilib.

Qazax rayon İcra Hakimiyyəti tərəfindən “7 Gözəl Palace” şadlıq evində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün təşkil olunmuş bayram tədbirində şəhidlərin yaxınları və doğmaları iştirak edib.

Tədbirdə öncə torpaqlarımız uğrunda canlarından keçən Vətən oğul və qızlarının ruhlarına fatihə surəsi oxunub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb. Qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən demişəm ki, şəhidlərimizin ruhu mənim üçün hər zaman əzizdir. Onların ailəsi mənim öz doğma ailəmdir. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, bu, şəhidlərimizin şücaəti sayəsindədir. Biz hər şeyə görə onlara borcluyuq. Onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər.
Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bayram süfrəsi açılıb
İcra Başçısı Qarabağ müharibəsi əlillərinə də həmişə diqqət və qayğı göstərdiyindən danışaraq onlar üçün əlindən gələni əsirgəmədiyini, qaldırdıqları məsələlərə həssaslıqla yanaşdığını qeyd edib. Bildirib ki, şəhid ailələri kimi rayonumuzda yaşayan müharibə əlilləri də dövlət qayğısı ilə tam təmin olunub. Rəcəb Babaşov çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onların ailə üzvlərini bir daha bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

Sonra Rəcəb Babaşov bir-bir stollara yaxınlaşaraq şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri ilə görüşüb, onların bayramlarını təbrik edib.

Tədbirdə şəhid atası Sarı Hüseynov və şəhid anası Tamella Süleymanova çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Onların problemləri ilə yaxından maraqlandığına, bu bayram günlərində onları yaddan çıxartmayaraq bayram süfrəsi ətrafında bir yerə topladığına və öz qayğısını onların üstündən heç zaman əsirgəmədiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova səmimi ürək sözlərini söyləyib, təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, biz təkcə bu gün deyil, hər zaman arxamızda bir güc, bir qüvvə hiss etmişik. Bizlərə həm ata, həm qardaş, həm də oğul hissini yaşatmısınız. Buna görə biz şəhid doğmaları sizə uzun ömür və cansağlığı, bundan sonrakı gələcək işlərinizdə uğurlar arzu edirik.

Din xadimi Asif Seyidov, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar. Rayon rəhbərliyi tərəfindən hər il təşkil olunan bayram tədbirini yüksək qiymətləndirərək rayon İcra Hakimiyyətinin başçsı Rəcəb Babaşova bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Bayram şənliyi musiqi sədaları altında davam edib.

Elçin İSMAYIL

Facebook-da paylaş