• Təqvim

  • Unutma

  • Maraq



Veteran idmançılar təltif olunub - Qazaxda

Veteran idmançılar təltif olunub -
Bu gün Qazax rayon İcra Hakimiyyətində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veteran idmançılar və məşqçi-müəllimlərlə görüş keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüş zamanı idmançılar və məşqçilərlə səmimi söhbət edərək əlamətdar gün münasibətilə onları təbrik edib, uzun ömür, cansağlığı arzulayıb. Respublikamızda idmana və idmançılara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan İcra Başçısı Rəcəb Babaşov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsindəki inkişaf da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu inkişaf Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu günədək bir çox dünya, Avropa səviyyəli yarışlara, tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycan indi həm də idman ölkəsi kimi tanınır.
Veteran idmançılar təltif olunub -
İcra Başçısı qeyd edib ki, Qazax rayonu idman sahəsində həmişə öz idmançıları ilə tanınmışdır. Hələ sovet dönəmində Sarı və Kamal Əhmədov qardaşları, Ramiz Tağıyev və onlarla belə adlı-sanlı güləşçilər nəinki respublikamızda, eləcə də Avropada və dünyada qazandıqları qələbələrlə öz adlarını idman tarixinə yazdırmışlar. Bu gün həmin ənənə yenə də davam edir. İndi qazaxlı idmançılar respublika, Avropa və dünya çempionatlarında, birinciliklərdə qalib gələrək ölkəmizin adını bütün dünyada tanıdır, Azərbaycanın üçrəngli bayrağını yüksəklərdə dalğalandırır, Dövlət Himnini səsləndirirlər.

R.Babaşov bildirib ki, fəaliyyətə başladığım ilk gündən digər sahələrlə yanaşı, idman sahəsinə, xüsusilə də idmançılara hər zaman diqqət və qayğı göstərmişəm. Ölkə və beynəlxalq turnirlərdə, çempionatlarda, yarışlarda iştirak edib yüksək nəticələr qazanmış bütün idmançıları qəbul etmiş, onları təbrik edərək mükafatlandırmışam. Çünki Azərbaycanı bütün dünyada yüksək səviyyədə təmsil edən hər bir idmançının uğuru bizim uğurumuz deməkdir.

Sonra Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Kamal Əhmədov, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar müəllim Bəsti Ələkbərova və “Fəqan” idman klubunun direktoru Şücaət Nağdalıyev çıxış edərək onları qəbul etdiyinə, səmimi görüş keçirdiyinə və rayonumuzda idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova idmançılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda veteran idmançılar və bir qrup məşqçi-müəllim Qazax rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

Elçin İSMAYIL

Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -
Veteran idmançılar təltif olunub -


Facebook-da paylaş