• Təqvim

  • Unutma

  • Maraq



Kür çayında sahilbərkitmə işləri görülür - Qazaxda

Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür çayının sahillində sahilbərkitmə işlərinin aparılması vacib tədbirlərdən biridir. Artıq Qazax rayonunda sahilbərkitmə işlərinin aparılmasına başlanılıb. Rayonun ərazisində sahilbərkitmə işləri görülür, yarana biləcək təhlükələrin qarşısı əvvəlcədən alınır. Artıq Kürün sahilində on kilometrlərlə uzunluğunda məsafədə sahilbərkitmə işləri aparılmış, yaşayış məntəqələrinin, ərazilərin sel təhlükəsinin və yuyulmasının qarşısı alınmışdır.

Hal-hazırda Qazax rayonunun Birinci Şıxlı kəndində sahilbərkitmə işlərinin görülməsinə başlanılıb. Sahllbərkitmə işləri Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən həyata keçirilir. İdarənin baş mühəndisi Əsgər Salahov görülən işlər barədə GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, məqsədimiz Kür çayını əks tərəfə istiqamətləndirməkdir. Bu məqsədlə Kürün kəndə bitişik ərazisində 35 uzunluğunda, 5 metr enində bənd salınacaqdır.

Sahilbərkitmə işlərinin həyata keçirilməsi üçün kifayət qədər texnika ayrılıb. 3 ədəd ekskovator, 1 ədəd buldozer, 4 ədəd Kamaz markalı avtomaşından ibarət olan texnika ilə idarənin kollektivi artıq bir neçə gündür ki, Birinci Şıxlı kəndində fəaliyyətə başlayıb. Kollektivin üzvləri kəndin “Gəmi Qayası” deyilən ərazinin yaxınlığında tökmə daş və xır ilə bənd salır, suyu köhnə məcraya yönəltməyə çalışırlar.

Sahilbərkitmə işlərinin həyata keçirilməsi üçün kifayət qədər texnika ayrılıb. Ə.Salahov bildirib ki, bu məqsədlə 3 ekskovator yükləyici və 1 buldozerdən istifadə olunur. Lazım olan materialları isə 4 ədəd Kamaz markalı avtomaşın daşıyır.

Ə.Salahov bildirib ki, ilk gündən sahilbərkitmə işlərinə çox sürətlə başlamışıq. Texnikanın işləməsi üçün yol salınıb. Kürün sahilində kifayət qədər tikinti materialları vardır. Bu gün Kürün sahilinə qayalar və xır daşınıb tökülür və bununla da sahilbərkitmə işləri görülərək yarana biləcək təhlükənin qarşısı birmənalı şəkildə əvvəlcədən alınır.

Birinci Şıxlı kəndində sahilbərkitmə işləri sürətlə davam etdirilir.

Elçin İSMAYIL

Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -
Kür  çayında sahilbərkitmə işləri görülür -


Facebook-da paylaş