• Təqvim

  • Unutma

  • Maraq



Elektrod zavodunda işlər sürətlə davam edir

Elektrod zavodunda işlər sürətlə davam edir
Xəbər verdiyimiz kimi, Qazax rayonunda sosialyönümlü obyektlər inşa olunur, yeni iş yerləri açılır. İş adamları, sahibkarlar müxtəlif təyinatlı zavodlar tikir, kənd təsərrüfatının inkişafına öz töhfələrini verirlər.

2017-ci ildə Xanlıqlar kəndi ərazisində tikintisinə başlanılan Elektrod Zavodu da həmin obyektlərdəndir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir. Tam gücü ilə işləyəndə müəssisədə 100 nəfərə yaxın rayon sakini işlə təmin olunacaqdır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki, tikinti başlayan ilk gündən zavodun inşası ilə yaxından maraqlanır, mütəmadi olaraq tikintiyə baş çəkir, görülən işlərlə tanış olur.

Bu gün rayon rəhbərliyi Elektrod Zavoduna gələrək tikintinin gedişi ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, tikinti işləri sürətlə davam edir. Zavodun həm daxilində, həm də ətrafında inşaat işləri görülür. Örtülü əraziyə beton tökülməsi işləri yekunlaşıb. İnzibati binada isə tikinti işləri görülür.

Ərazinin ətrafında yaşıllaşdırma işlərinə başlanılıb. Binanın kənarlarına ağaclar əkilib.

Zavodun tikintisi ilə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tövsiyələrini verib.

Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
Elektrod zavodunda işlər sürətlə davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş