• Təqvim

  • Unutma

  • Maraq



İdmançılara diqqət və qayğı göstərilir

İdmançılara diqqət və qayğı göstərilir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün həndbol üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında Bakı şəhər açıq birinciliyində üçüncü yeri tutmuş Qazax Olimpiya İdman Kompleksinin komandasının üzvlərini qəbul edib. İcra Başçısı qazandıqları uğur münasibətilə idmançıları təbrik edərək onlara daha böyük qələbələr qazanmağı arzulayıb. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə rayonumuzda da diqqətəlayiq işlər görüldüyünü qeyd edib. Sonra rayon rəhbərliyi idmançılarla ayrı-ayrılıqda tanış olub.
İdmançılara diqqət və qayğı göstərilir
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Olimpiya İdman Kompleksinin nəzdində yaradılmış əl topu komandasının məşqçi-müəllimi Valeh Namazov rayon rəhbərliyinə yarış barədə məlumat veriblər. Qeyd ediblər ki, 28-30 yanvar 2018-ci il tarixdə “ABU-Arena”da keçirilən yarışda respublika üzrə seçilmiş 10 ən güclü komanda iştirak etmişdir.
İdmançılara diqqət və qayğı göstərilir
Yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (İOEUGİM-1), İOEUGİM-2, Azərbaycan Pedoqoji Kollecinin, Göygöl, Gəncə, Mingəçevir komandaları öz qüvvələrini sınamışlar. Birincilikdə rayonumuzu Qazax Olimpiya İdman Kompleksinin komandası təmsil etmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışda 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası birinci yeri, Mingəçevir şəhər komandası ikinci yeri tutmuşdur. Rayonumuzun komandası isə üçüncü yerə çıxmışdır. Komandamızın 3 idmançısı – Miray Həsənov, Fərid Omarlı və Sadiq Arıxov 2002-2003-cü il təvəllüdlü yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandasının üzvü seçilibdir.

Komandamızın üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə Valeh Namazovu Fəxri Fərmanla təltif edib. Komandanın üzvlərinə isə rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Elçin İSMAYIL

İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir
İdmançılara diqqət və qayğı göstərilir


Facebook-da paylaş