• Təqvim

  • Unutma

  • Maraq

Xocalı soyqırımı məktəblilərin rəsmlərində

Xocalı soyqırımı məktəblilərin rəsmlərində
Bu gün Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümnüə həsr olunmuş sərgi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Xocalı soyqırımını özündə əks etdirən 60 rəsm əsəri nümayiş olunub. Qalereyanın dərnək üzvlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və rayonda təhsil alan orta məktəb şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə soyqırım qurbanlarını əks etdirən rəsmlər yer alıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidə iştirak etmək üçün Qazax Dövlət Rəsm Qalereyasına gəlib. Gənc rəssam Akif Əmirov rayon rəhbərliyinə məktəblilərin əl işlərindən ibarət olan sərgi barədə məlumat verib.

İcra Başçısı Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək məktəblilərin əl işləri ilə tanış olub. Bildirib ki, uşaqlar Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənlərə nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunub.

Rəcəb Babaşov hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb, məktəblilərlə söhbət edib, bu istedadlı uşaqların rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb. Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, Xocalıya həsr edilmiş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar oxuyublar. Qərənfillərdən və yanan şamlardan hazırlanmış kompozisiya sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda İcra Başçısı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımının məktəblilərin rəsmlərində çox canlı və məzmunlu verildiyini qeyd edərək sərgidən razı qaldığını bildirib.

Sərgidə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov da iştirak edib.

Elçin İSMAYIL

Facebook-da paylaş