Qazaxda Novruz yarmarkasının keçirilməsinə başlanılıb
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram yarmarkasına gəlib. Rayon rəhbərliyi burada satışa çıxarılmış məhsulların çeşidləri və qiymətləri ilə tanış olub. Yarmarkadan bazarlıq edən rayon sakinləri ilə söhbət edib, fikirlərini öyrənib. Sakinlər yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək Ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram yarmarkası hər həftənin şənbə və bazar günləri keçiriləcəkdir. Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilərlər. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir. Bazarla müqayisədə yarmarkada qiymətlər daha əlverişlidir.
Facebook-da paylaş