Çox işlər görülüb, görüləsi işlər də çoxdur » Göyəzən internet portalı

Çox işlər görülüb, görüləsi işlər də çoxdur

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Daş Salahlı kənd sakinləri ilə keçirdiyi görüşdə bu fikir səslənib

Çox işlər görülüb, görüləsi işlər də çoxdur
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəkilini alıb. Həmin ənənə bu il də davam etdirilir. Əhalisinin sayına görə rayonun ən böyük kəndi olan Daş Salahlı kəndində keçirilən növbəti belə görüş bu deyilənlərin ən bariz nümunəsidir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bugünkü görüşümüzün əsas məqsədi sizi narahat edən məsələləri öyrənmək və həlli istiqamətində tədbir görməkdir.

Sonra 2017-ci ildə rayonumuzda görülmüş işlərə, qazanılan uğur və nailiyyətlərə nəzər salan İcra Başçısı Rəcəb Babaşov qeyd edib ki, ötən il rayonumuz üçün uğurlu bir il oldu. Şəhər mərkəzi ilə yanaşı, rayonun bütün kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirildi. Daş Salahlı kəndində də abadlıq-quruculuq işləri aparıldı. Əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən kənddəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, 1941-1945-ci il Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş Abidə Kompleksinin əsaslı təmir olunması və ətrafında parkın salınması, Fidat Məmmədov adına mərkəzi küçənin 1,2 km–lik hissəsinə yeni asfalt örtüyün çəkilməsi, eləcə də onlarla bu cür işlərin görülməsi Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının Qazaxda uğurla icra edilməsinə əyani sübutdur.
Çox işlər görülüb, görüləsi işlər də çoxdur
Sonra İcra Başçısı tədbir iştirakçılarına müraciət edərək onları narahat edən məsələlər barədə çıxış etmələrini bildirib.

Kənd sakinlərindən Aslan Binnətov, Afət Nəbiyeva, müharibə veteranı Yusif Hüseynov işlə təmin olunmaları barədə rayon rəhbərliyinə müraciət ediblər. İcra Başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq işlə təmin edilmələri üçün müvafiq tapşırıqlar verib.

Kənd sakinlərindən Südabə Aqqrayeva, Qətibə Kazımova, Əfqan Məmmədov, Nazim Dəlləkov, Nizami Məmmədov, Zal Əsgərov, Cəfər Göyüşov, Gülnarə Əmilova, Kübra Bayramova, ağsaqqallardan Bərşad Məmmədov çıxış edərək müxtəlif məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova söz alaraq Qazax rayonunda, eləcə də Daş Salahlı kəndində görülən bütün işlərə görə kənd sakinləri adından Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd edib ki, 2018-ci ildə qarşıda daha mühüm vəzifələr durur. Rayon rəhbərliyi dövlətimizin çiçəklənməsi naminə bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində kənd sakinlərinə səmərəli fəaliyyət və uğurlar arzulayıb.

Elçin İSMAYIL

Facebook-da paylaş