Qazaxda vətəndaşlar fərdi qəbul edilib » Göyəzən internet portalı


Qazaxda vətəndaşlar fərdi qəbul edilib

Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün iş saatının bitməsinə baxmayaraq vətəndaşları fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

Kosalar kənd tam orta məktəbin müəllimi Hüseynov Əli Tanrıverdi oğlu ərizəsinə əsaən qəbulda olaraq Kosalar kənd tam orta məktəbin direktor müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar rayon rəhbərliyinə müraciət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra həmin vəzifəyə təyin olunmasına razılıq verib.

Şəhər sakini Nəbiyeva Gülnarə Xoca qızının işlə bağlı müraciətinə də müsbət cavab verilib. Vətəndaş xalça fabrikində işlə təmin olunub.

Çaylı kəndindən olan təqaüdçü Qocayeva Bəsti Qəşəm qızı isə torpaq məsələsi ilə bağlı köməklik göstərilməsini xahiş edib. Rayon rəhbəri vətəndaşı diqqətlə dinlədikdən və sənədləri ilə tanış olduqdan sonra ona köməklik göstərilməsi barədə tapşırıq verib.

Yuxarı Əskipara kənd sakini Qələndərova Lalə Nüsrət qızının və Quşçu Ayrım kənd sakini, Ağköynək kəndində yaşayan İsmayılov Musa İsa oğlunun müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş