• Təqvim

  • Unutma

  • Maraq

Təhsilə göstərilən diqqət və qayğı öz bəhrəsini verir - Qazaxda

Təhsilə göstərilən diqqət və qayğı öz bəhrəsini verir -
Bu gün Qazax rayon İcra Hakimiyyətində işçi qrupunun rayonun bir çox məktəblərində apardığı monitorinq zamanı fərqlənən aktiv müəlim və şagirdlərlə görüş keçirilib. Görüşdə Qazax RİHB Aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin rəhbərliyi, işçi qrupunun üzvləri, şəhər 2 saylı, Kosalar, Xanlıqlar və Çaylı 2 saylı kənd tam orta məktəblərin direktorları, fərqlənən fənn müəllimləri və şagirdlər iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək təhsilə göstərilən diqqət və qayğının verdiyi bəhrədən söz açaraq qeyd edib ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Bunun üçün rayonumuzda lazım olan bütün şərait vardır. Bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahəyə daha çox diqqət göstərilməsi məqsədilə yaradılmış işçi qrupu monitorinq zamanı ayrı-ayrı fənlər üzrə qabaqcıl müəllimləri və fərqlənən şagirdləri müəyyən etmişdir.
Təhsilə göstərilən diqqət və qayğı öz bəhrəsini verir -
Sonra qabaqcıl fənn müəllimləri və şagirdlərin adları qeyd olunub. Şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev, həmin məktəbin fizika müəllimi Yazgül Nəcəfova, şagirdlərdən Numan Xəlilli və Səbinə Kosayevanın fərqləndikləri bildirilib.

Abbas Carçıyevin direktor olduğu Çaylı kənd 2 saylı tam orta məktəbin biologiya müəllimi Esmira Lahıcovanın dərsləri yüksək səviyyədə tədris etdiyi qeyd olunub.
Şagirdlərdən Fateh Orucov, Nihat Qaraxanov, Nurlan Qaraxanov, Yazgül Qasımova, Həmid Bayraməliyev, Əli Qocayev və Ədəbiyyat Məşədiyevin təhsildə fərqləndiklərindən söz açılıb.

Xanlıqlar kənd tam orta məktəb üzrə fizika müəllimi Aynur Məmmədovanın, şagirdlərdən Elton və Telman Yusifov qardaşlarının adları qeyd olunub. Məktəbin direktoru Leyla Vəliyeva onların təhsil və tədrisdə fərqləndiklərini qeyd edib.

Samir Hüseynovun direktor olduğu Kosalar kənd tam orta məktəbdən fizika müəllimi Nailə Hüseynovanın, şagirdlərdən isə Front Cəfərzadənin daha fəal olduqları bildirilib.

İşçi qrupunun üzvlərindən Sədaqət Əmirxanova, Yasəmən Qayayeva və Amalya Cəfərova şagirdlərin necə fərqləndikləri barədə məlumat veriblər.

Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, eləcə də çıxış edən müəllim və şagirdlər təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Təhsilə göstərilən diqqət və qayğı öz bəhrəsini verir -
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq işçi qrupunun üzvlərinə, əməyi olan müəllimlərə, təhsildə fərqlənən şagirdlərə minnətdarlığını bildirib, onlara daha böyük uğurlar arzulayıb. Fərqlənən müəllimlərin Fəxri Fərmanla təltif edilmələri barədə tapşırıq verib.

Görüşdən sonra müəllim və məktəblilər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Elçin İSMAYIL

Facebook-da paylaş