Qazaxda Novruz yarmarkası keçiriləcəkdir » Göyəzən internet portalı


Qazaxda Novruz yarmarkası keçiriləcəkdir

Qazaxda Novruz yarmarkası keçiriləcəkdir
Bayram ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə 17 fevral 2018-ci il tarixdən başlayaraq hər həftənin şənbə və bazar günləri Qazax şəhərindəki Təzə Bazarda “Novruz” yarmarkası keçiriləcəkdir.

Bu məqsədlə təzə bazarda istehsalçıların məhsullarının daşınması, yerləşdirilməsi üçün lazımi şərait yaradılmışdır. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir. Bazarla müqayisədə yarmarkada qiymətlər daha əlverişlidir.

Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilərlər.

Qazaxda Novruz yarmarkası keçiriləcəkdir
GOYEZEN.AZ


Facebook-da paylaş