• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda vətəndaşlar fərdi qəbul edilib

Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün vətəndaşları fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

Cəfərli kənd sakini Kazımova Gühər İslam qızı gəlini Mustafayeva Sevinc Faiq qızının işlə təmin olunması ilə əlaqədar İcra Başçısına ərizə ilə müraciət edib. Qarabağ müharibəsi veteranının qızı olan S.Mustafayeva Azərbaycan İqtisad Universitetini bitirdiyini və indiyədək heç bir yerdə işləmədiyini bildirib. Rayon rəhbərliyi vətəndaşın günü sabahdan işlə təmin olunması barədə göstəriş verib.

Başqa bir Qarabağ müharibəsi veteranı, Daş Salahlı kənd sakini İsmiyeva Samaya Məhəmməd qızı oğlu İsmiyev Nurlan Müşviq oğlunun işlə təmin olunmasını xahiş edib. Bu müraciət də müsbət qarşılanıb və İcra Başçısı Rəcəb Babaşovun göstərişinə əsasən vətəndaş işlə təmin olunub.

İşlə təmin olunmaq üçün rayon rəhbərliyinə müraciət edən şəhər sakini Mustafayeva Ülviyyə Sadıq qızı qəbulda İcra Başçısına arzusunun həyata keçdiyi üçün minnətdarlıq edib. Bildirib ki, işlə təmin edilmək üçün İcra Hakimiyyətinə etdiyi müraciətdən dərhal sonra istəyi həyata keçib.

Daha bir şəhər sakininin – İsmayılova Aytən Mayıl qızının işlə bağlı İcra Hakimiyyətinə etdiyi müraciətinə də rayon rəhbərliyi münasibət bildirib. Qeyd edib ki, yaxın aylarda vətəndaş işlə təmin olunacaqdır.

Dəmirçilər kənd sakini, Aprel döyüşlərinin iştirakçısı, II qrup əlil Abdullayev Sahil Şirin oğlunun işlə təmin olunmaq barədə etdiyi müraciət də rayon rəhbərliyi tərəfindən müsbət həll olunub.

Çaylı kənd sakini, kənd tam orta məktəbin direktor müavini Əsmayə Aslanovanın müraciəti əsassız hesab olunub və bunula bağlı rayon rəhbərliyi tərəfindən rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya müvafiq tapşırıq verilib.

Şəhərin N.Nərimanov yaşayış massivində yaşayan Binnətov Mehralı Səməd oğlu qızına ev tikmək üçün torpaq sahəsinin verilməsi ilə əlaqədar ərizə ilə İcra Başçısına müraciət edib. Müraciətə müsbət cavab verilib və vətəndaşa məsələ ilə bağlı Qazax bələdiyyəsinə ərizə ilə müraciət etmək məsləhət görülüb.

Yuxarı Salahlı kənd sakini, əmək veteranı Yusifov Köçər Şahvələd oğlunun sahibkarlıqla məşğul olmaq üçün müvafiq torpaq sahəsinin verilməsi ilə bağlı müraciəti müzakirə olunduqdan sonra İcra Başçısı Rəcəb Babaşov vətəndaşa aprel ayının 1-nə kimi müvafiq qaydada torpaq sahəsinin verilməsi barədə bələdiyyəyə tapşırıqlar verib.

Təqaüdçü, şair Əhmədov Hüseyn Əhməd oğlu İcra Başçısı Rəcəb Babaşovla səmimi görüşdükdən sonra rayon rəhbərliyinə yazdığı yeni şeirləri oxuyub və onları təqdim edib.

Elçin İSMAYIL

Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib


Facebook-da paylaş