2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun » Göyəzən internet portalı


2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun HESABAT MƏRUZƏSİ

2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
Bildiyiniz kimi, yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. İlk növbədə bildirmək istəyirəm ki, Ölkə Başçısı 2017-ci il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Azərbaycan xalqının həmişə olduğu kimi 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşadığını, xalqımızın normal həyat tərzinin təmin edildiyini göstərmişdir.

Bildiyiniz kimi, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilmiş və 2017-ci il dərin iqtisadi islahatlar ili olmuşdur. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, qeyri-neft sektorunu inkişaf etdirək.

Ən sevindirici hal ondan ibarətdir ki, 2017-ci ildə neft sektoru ilə yanaşı qeyri-neft sektorumuz artıb və burada artım 2.5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artmışdır. Əlbəttə ki, kənd təsərrüfatının inkişafı kənd təsərrüfatı məhsullarının ixracının artmasına səbəb olacaqdır.

Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Ölkə Başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasının nəinki ölkəmiz üçün, bölgə üçün, eləcə də dünya üçün önəmli hadisə olduğunu bildirmişdir. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə tranzit daşımaların həcmini artıracaq. Bu, onu göstərir ki, Azərbaycan tranzit daşımalarından yüksək gəlir əldə edilməsinə xidmət edəcəkdir. Eyni zamanda bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir.

Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisi başa çatmışdır.

Ölkəmizdə yaradılmış gözəl sərmayə iqlimi hesabına 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuşdur. Bu da onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Ölkəmiz buna nail olmuşdur. Ümumilikdə bütün sahələr üzrə görülmüş işləri cənab Prezident yüksək qiymətləndirərək qeyd etmişdir ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Ölkəmiz də fəxr edir ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq.

2017-ci il rayonumuz üçün də uğurlu il olmuşdur.

Qazax rayonu üzrə 2017-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9.249.000 manat məbləğində müəyyənləşdirilmişdir. 2017-ci ildə yerli daxilolmalar 9.249.000 manat proqnoza qarşı 9.848.667 manat və ya 106,48 faiz yerinə yetirilərək büdcəyə 599.667 manat artıq vəsait mədaxil olmuşdur. 2016-cı illə müqayisədə büdcəyə 3.049.504 manat və ya 44,85 faiz çox vəsait daxil olmuşdur. 2017-ci ildə qarşılıqlı hesablaşmalar əsasında 1.052.127 manat vəsait daxil olmuş və 1.003.800 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir. Yekun olaraq hesabat ilində yerli gəlirlər cəmi 10.301.127 manat proqnoza qarşı 10.852.467 manat, yəni 105,35 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 551.340 manat, yəni 5,35 faiz çox vəsait mədaxil olunmuşdur. 2017-ci ildə yerli xərclər 10.301.127 manat proqnoza qarşı 9.485.523 manat, yəni 92,08 faiz icra olunmuşdur. Yerli xərclərin az icra olunmasına səbəb idarə və müəssisələrdə vakant iş yerlərinin olması və büdcəyə proqnozdan artıq vəsaitin daxil olmasıdır. İcra zamanı ilk növbədə əməkhaqqı və ona bərabər tutulan ən zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.

Rayon ərazisində 6 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2017-ci il ərzində əhaliyə 10.002.420 manat kredit verilmişdir. Əhalidən 1.444.053 manat və 417.834 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 286 yeni iş yeri açılması nəzərdə tutulan 109 layihə üzrə 3.725.100 manat kredit verilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsində 2017-ci il ərzində 585 hüquqi və 5.726 nəfər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qeydiyyatda olmuşdur. 2016-cı illə müqayisədə bu göstəricilər hüquqi şəxslər üzrə 6, fiziki şəxslər üzrə isə 121 nəfər artmışdır. Şöbədə 2017-ci il ərzində sosial sığorta haqları üzrə yığım proqnozu 98,3 faiz yerinə yetirilmişdir. Belə ki, 3.112.400 manat proqnoza qarşı 3.060.000 manat vəsait toplanmışdır. O cümlədən, bu göstərici büdcə təşkilatları üzrə 1.885.400 manat proqnoza qarşı 1.885.400 manat toplanmaqla 100 faiz, qeyri-büdcə təşkilatları üzrə 1.227.000 manat proqnoza qarşı 1.174.600 manat olmaqla 95,7 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2016-cı illə müqayisədə qeyri-büdcə təşkilatları üzrə 218.000 manat çox olmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6-da işlər yekunlaşmış, 2017-ci ildə isə daha 6 yaşayış evinin tikintisinə başlanılmışdır.

2017-ci ildə 1414 ailənin 4436 üzvünə 2.500.000 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2393 nəfər müharibə veteranına 1.534.700 manat müavinət, 2.585 nəfərə 2.832.400 manat sosial müavinət ödənilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2017-ci ildə 38.783.200 manat vəsait köçürülmüşdür.

Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.

2017-ci il ərzində Qazax Elektrik Şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarım stansiyalarında, eləcə də 17 ədəd 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 10/0,4 kv-luq yarım stansiyalarda 577 ədəd transformatorda cari təmir işləri aparılmış, 0,4 kv-luq şitlərdə 24 ədəd ayrıcı yenisi ilə əvəz edilmiş, 22 ədəd zədəli transformator təmir edilərək sxemaya qoşulmuşdur. Hava xətlərində 121,59 km uzunluğunda cari təmir işləri aparılmış, 2.082 ədəd izolyator dəyişdirilmişdir. 43,7 km məsafədə ağaclar budanmış, 51,15 km uzunluğunda tarımlama işləri aparılmış, 334 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir. 11,95 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur. Qazax şəhəri, Kosalar, Çaylı, İkinci Şıxlı və Daş Salahlı kəndlərində SİP kabelin çəkilişi üçün 365 ədəd metal dayaq, 45 ədəd beton dayaq quraşdırılmış və 22,25 km uzunluğunda SİP kabel çəkilmişdir. Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd 160 kv gücündə transformator quraşdırılmışdır.

İtkilərin azaldılması məqsədilə 8 ədəd transformator sxemadan çıxarılmışdır. 103 ədəd dayaq məhəllələrdən çıxarılaraq evlərin çöl hissəsində quraşdırılmışdır. Rayonun 22 ədəd yaşayış hissəsini ikitərəfli işıqlandıran 35 kv-luq Göyəzən və 35 kv-luq Qazax-1 hava xətlərində fazalaşma aparılmışdır. Vaxtilə məcburi köçkünlər yaşayan “Göy bina” kimi tanınan ərazidə yeni daha güclü transformator quraşdırılaraq istifadəyə verilmişdir. Rayonun əkin sahələrini suvarmaq üçün 35/6 kv-luq birinci Pillə Nasos yarım stansiyası işə salınmışdır. 2017-ci il ərzində şəbəkə üzrə cəmi pul yığımı 6.751.700 manat olmuşdur. O cümlədən, pul yığımı yerli əhali sektorunda 2.616.500 manat, sərfiyyat dəyəri isə 2.703.000 manat, yığım faizi 96,8 faiz olmuşdur. 2016-cı il ilə müqayisədə şəbəkə üzrə cəmi pul yığımında 1.616.400 manat, əhali sektorunda isə 466.400 manat artım olmuşdur. Bütün bunların nəticəsidir ki, rayonda fasiləsiz elektrik verilişi təmin olunmuşdur.

Bildiyiniz kimi, Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 2017-ci ildə 211 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 703 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 128 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur. Rayon ərazisində 1.835 p/m qaz xətləri korroziyaya uğradığına görə yenisi ilə əvəz olunmuş, müxtəlif diametrli 2.595 p/m qaz xətti torpaq altından çıxarılaraq dayaq üzərinə qaldırılmış, 6.875 p/m qaz xətləri rənglənmişdir. Rayon ərazisində 13 ədəd müasir tipli qaz tənzimləyici şkaflar (ŞQTM) quraşdırılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 4.086.205 manat, yığım isə 3.894.828 manat olmaqla 95,3 faiz yerinə yetirilmişdir. 2016-cı il ilə müqayisədə yığım 7,3 faiz çox olmuşdur.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2017-ci ilin yekununa görə 1.440.000 manat tarif gəliri proqnozuna qarşı 1.448.900 manat gəlir əldə edilərək proqnoz tapşırığa 100,6 faiz əməl olunmuşdur. 2016-cı il ilə müqayisədə 92.900 manat artıq vəsait yığılmışdır. İl ərzində 235 ədəd yeni telefon çəkilmiş, 32 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayderində 784 ədəd montaj tutumu artırılaraq 6.024 porta, 1.047 nəfər istifadəçi artırılaraq 5.699 porta çatdırılmışdır. Daş Salahlı kəndində 100 nömrəlik, Çaylı kəndində isə 50 nömrəlik xətt təsərrüfatları tikilərək 150 abunəçiyə telefon xətti çəkilmişdir. Rayon ərazisində ümumilikdə 1.552 metr müxtəlif tipli kabellər yenisi ilə dəyişdirilmişdir. O cümlədən, hava rabitə xətlərinin təmiri və səliqəyə salınması məqsədilə 210 ədəd yeni dəmir dayaq, 30 ədəd isə ağac dayaq basdırılmış və 27 ədəd kabel qutusu qoyulmuşdur.

Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su, telefon pulları, həmçinin vergi, DSMF, DİN-nin ödənişləri qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 112 faiz yerinə yetirilmişdir, yəni 349.540 manata qarşı 390.618 manat yerinə yetirilmişdir. Filial tərəfindən nəğd ödənişlərlə yanaşı 38 ədəd idarə və təşkilatlara qeyri-nəğd xidmət göstərilərək yığılan vəsait aidiyyəti hesablara köçürülmüşdür. Poçt filialının şöbələri tərəfindən 5.430 ədəd bağlama qəbul edilmiş və 671 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin, 9.652 məktub göndərilmiş, 15.621 ədəd məktub qəbul edilmişdir. Daş Salahlı və Nərimanov qəsəbəsi poçt şöbələrində təmir işləri aparılmışdır.

“Qazax-Avtovağzal” ASC 2017-ci il ərzində plana 108 faiz əməl edərək 428.000 nəfər sərnişinə xidmət göstərmişdir. Eyni zamanda, il ərzində vətəndaşlar tərəfindən bir neçə dəfə müraciətlər daxil olmuş və yerində araşdırılmışdır. Qazax-Quşçu Ayrım və Qazax-Xanlıqlar marşurutu üzrə nöqsanlar barədə müraciətlərə dair “Qazax-Avtovağzal” ASC-nin müdirinə tapşırıqlar verilmiş, nöqsan və problemlər aradan qaldırılmışdır. Vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə Avtovağzalda xidmət göstərən əməkdaşların xüsusi formaları olmadığına görə digər vətəndaşlardan seçilmədiklərinə dair narazılıq daxil olmuşdur. Bununla əlaqədar “Qazax-Avtovağzal” ASC-nin bütün işçiləri rayon İcra Hakimiyyətinin tapşırığı ilə xüsusi geyim forması ilə təmin olunmuşdur. Xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Qazax “Su Kanal” idarəsi tərəfindən 2017-ci ildə 6.134 əhali, 262 qeyri-əhali abonentlərə xidmət göstərilmiş və 534.830 manat vəsait toplanmışdır. Bu isə satışın 97 faizini təşkil edir. 2017-ci il ərzində abonentlərin sayı 131 abonent artmışdır. Təşkilat tərəfindən 4 ədəd artezian nasosu yenisi ilə əvəz olunmuş, 3 ədəd artezian nasosu və 5 ədəd su mühərriki əsaslı, 11 ədəd su mühərriki cari təmir olunmuş, 8 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur. Qazaxbəyli kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbənin çirkab su təmizləmə qurğusunda yerləşən 3 ədəd elektrik mühərriki və 2 ədəd nasos əsaslı təmir olunmuşdur.

Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Babək küçəsində yerləşən 30 yaşayış evinin tullantı sularının axıdılması məqsədilə diametri 200 mm olan 550 m uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, Ş.Çobanov 10 ünvanında yerləşən yaşayış evlərinin tullantı sularının axıdılması üçün yeni kanalizasiya xətti və şanbo tikilib istifadəyə verilmiş, H.Əliyev prospekti 179 saylı binanın zirzəmisindəki daxili magistral xətt yenisi ilə əvəz edilmişdir. Ağköynək, Xanlıqlar, Qarapapaq, Orta Salahlı, Qazaxbəyli, Dəmirçilər kəndlərində vətəndaşların müraciətləri nəzərə alınaraq içməli su ilə təmin edilmişlər. M.Hüseyn adına məktəb-liseydə diametri 25 mm olan istismara yararsız 200 metr uzunluğunda boru yenisi ilə əvəz olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli 2754 saylı sərəncamı ilə rayonun Daş Salahlı, Aslanbəyli və Kəmərli kəndlərində içməli su xətti çəkilmişdir. Əlavə olaraq, Qaymaqlı kəndində də su çəkilişinə başlanılmışdır. 1 ədəd artezian quyusunun qazıntısı, 2 ədəd 50 tonluq çənin qoyulması və diametri 110 mm olan 1.344 metr boru vasitəsilə su çəkilişi nəzərdə tutulmuşdur.

2017-ci il ərzində Qazax Kommunal Müəssisələri Kombinatına 534.241 manat vəsait daxil olmuşdur. Daxil olmalardan şəhər icra nümayəndəliyi tərəfindən təmizlik və yaşıllıq işlərinin əməkhaqqı və sair xidmətlər üçün 192.000 manat, ictimai işlərə cəlb olunmuş təmizlik və abadlıq işlərinin əməkhaqqı və sair xərclərin ödənilməsi üçün 251.663 manat, əhalidən 16.853 manat, kommersiya obyektlərindən 20.910 manat, təşkilatlardan və sair xidmətlərdən 52.815 manat daxil olmuşdur. 2016-cı illə müqayisədə 183.872 manat çox vəsait daxil olmuşdur. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının yaşıllaşma və təmizlik sahələrində 108 nəfər işlə təmin olunmuşdur. Rayon rəhbərliyinin diqqəti sayəsində kombinata bir ədəd yeni Man tipli zibil daşıyan avtomobil və zibil poliqonunda işləmək üçün bir ədəd DT-75 tipli traktor alınmışdır. 7 ədəd yeni konteyner düzəldilərək şəhərin müxtəlif ərazilərinə qoyulmuşdur.

Məlumat üçün bildirirəm ki, Nazirlər Kabineti tərəfindən 2018-ci il üçün 60 ədəd böyük tutumlu zibil konteyneri ayrılmış və gətirilməsi təmin edilmişdir.

Qazax Mənzil İstismar Sahəsi tərəfindən il ərzində 40 binanın dam örtüyündə sınmış və çatlamış şiferlər dəyişdirilmiş, çoxmərtəbəli yaşayış binalarının tüstü bacaları və zirzəmiləri təmizlənmiş, Ş.Xiyabanı küçəsi 12 saylı binanın zirzəmisində olan su xətləri tamamilə dəyişdirilmiş, 12 binanın zirzəmisində olan kanalizasiya xətləri təmir edilmişdir. 1 şəhid ailəsinin yaşadığı mənzil təmir olunmuşdur. N.Nərimanov yaşayış massivində əhalinin gediş-gəliş yolunda 3 ədəd böyük məsafəli pilləkan yığılmışdır. Ş.Xiyabanı 27 ünvanında məskunlaşmış məcburi köçkünlər üçün su xətti çəkilmiş və su hovuzu inşa edilmişdir. Azadlıq küçəsi 97 və 151 ünvanlarında ümumi məhəllələrdə 4 pilləkanda cari təmir işləri aparılmışdır. Ötən dövr ərzində sakinlərdən 11.622 manat mənzil haqqı yığılmaqla plan 106,7 faiz yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 20 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Cəmi 24 binaya qarşı 44 binada təmir işləri aparılmışdır.

Bundan əlavə, Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.
Qeyd etmək istəyirəm ki, 2018-ci ildə daha 16 çoxmənzilli binada təmir işlərinin aparılmasına başlanılmış və 50 nəfər işlə təmin olunmuşdur. Əlavə olaraq 1 mart 2018-ci il tarixdə 65 ədəd çoxmənzilli binada təmir işlərinə başlanacaqdır. Yekun olaraq bildirmək istərdim ki, vətəndaşların müraciətini nəzərə alaraq 2018-ci ildə 81 çoxmənzilli binada təmir işləri aparılacaqdır.

2017-ci il ərzində rayonun mədəniyyət, təhsil və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.

2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə Qazax rayon İcra Hakimiyyəti başçısı 9 iyun 2017-ci il tarixli 9-21/57 nömrəli sərəncam imzalamışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeline və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazax rayonunun mədəniyyəti, tarixi abidələri və görməli yerləri ilə tanış olublar.
Noyabr ayının 14-də rayonumuzda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında ölkəmizdə ilk dəfə kütləvi hərbi vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları və yerli sakinlərimiz fəal iştirak etmişlər.

Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır. Muzey bütün avadanlıqlarla təmin edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən muzeyə 2 ədəd böyük ölçülü kondisioner alınmışdır.

2017-ci il ərzində rayonda Yeni il şənliyi, 2 Fevral - Gənclər Günü, 8 Mart - Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırım günü, 18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günü, 9 May - Faşizm üzərində Qələbə Günü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94 illik yubileyi, 28 May - Respublika Günü, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 15 İyun - Milli Qurtuluş Günü, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, 22 iyul - Milli Mətbuat Günü, 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, 12 Avqust - Beynəlxalq Gənclər günü, 15 Sentyabr - Bilik Günü və bir sıra başqa əlamətdar günlərlə bağlı kütləvi tədbirlər, Azərbaycanın şair və yazıçılarının yubileyləri geniş və əhatəli keçirilmişdir.

2017-ci ildə “Yaddan çıxmaz Qarabağ” mədəni-siyasi aksiyasının incəsənət həftəsinin keçirilməsi ilə əlaqədar Qazax Dövlət Rəsm Qalereyasında “Biz sülh istəyirik” rəsm sərgisi, Tarix-Diyarşunaslıq Muzeyində “Yaddan çıxmaz Qarabağ” adlı fotosərgi və başqa bir sıra tədbirlər təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2017-ci ildə bütün mədəniyyət müəssisələrində görkəmli şair, mütəfəkkir və ictimai-siyasi xadim M.P.Vaqifin 300 illik yubileyi və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Dekabr ayının 16-da Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya günü keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyəti tərəfindən Xalq şairinin oğlu, Türkiyədə yaşayan professor Babək Qurbanov dəvət olunmuş və akademik Teymur Bünyadov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri İlham Pirməmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şairlər, yazıçılar iştirak etmişlər. Tədbirdən əvvəl iştirakçılar İkinci Şıxlı kənd qəbiristanlığında Xalq şairi Osman Sarıvəllinin abadlıq işləri aparılmış və üstü götürülmüş qəbrini ziyarət etmiş, əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Tarix-Diyarşunaslıq Muzeyinin fondunda 2227 ədəd eksponat vardır. İl ərzində 15 tədbir keçirilmiş, muzeyə 6.040 nəfər baxış keçirmişdir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğuna 14.107 nəfər turist gəlmişdir ki, bunların da 67 nəfəri xarici vətəndaşlar olmuşdur.

Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11.786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.714 nəfər müəllim məşğul olur.

2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 309 nəfər şagird iştirak etmişdir. Zona mərhələsində yüksək yer tutmuş 1 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilmiş final mərhələsində iştirak edərək Nazirliyin Sertifikatını almışdır.

2017-ci ilin may ayında Qazax rayon müəllimləri Diaqnostik qiymətləndirmədə iştirak etmişlər. Qiymətləndirmədə 1392 nəfər müxtəlif fənn müəllimləri iştirak etmişdir. Onlardan yalnız 9 nəfəri 10-dan aşağı bal toplamışdır. 1029 müəllim 30 baldan, yəni 50 faizdən yuxarı bal toplamışdır. Bu iştirak edən müəllimlərin 73,9 faizini təşkil edir.

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin oktyabr ayında Müəllim Günü münasibətilə Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova “Əməkdar müəllim”, məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Əliyeva “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Təhsil Nazirinin əmri ilə 5 saylı tam orta məktəbin fizika müəllimi Yasəmən Qayayeva “Qabaqcıl Təhsil işçisi” fəxri adına, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü Təhsil Nazirinin Fəxri Fərmanına layiq görülmüşdür.

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiya müsabiqəsində Qrant layihədə rayonun 3 nəfər müəllimi - Qazax şəhər 3 saylı tam orta məktəbdən Tahirə Xasməmmədova, Şəlalə Məhərrəmova və Daş Salahlı kənd 1 saylı tam orta məktəbdən Söylü Xəlilova qalib gəlmişlər. “Elektron Təhsil” müsabiqəsinin respublika mərhələsində şəhər 3 saylı tam orta məktəbdən Tahirə Xasməmmədova qalib olmuşdur.

2017-ci ilin mart ayında məktəblilərin yaz tətilində “Ölkəmizi tanıyaq” tur-aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala bölgəsində olmuşdur. Tur-aksiya zamanı keçirilən bilik yarışmasında rayonumuzun komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşdür. Həmin şagirdlər Fəxri Fərmanla mükafatlandırılmışlar. Noyabr ayında isə Lənkəran-Masallı-Astara bölgəsinə tur təşkil olunmuşdur. Həmin tur zamanı keçirilən yarışlarda da məktəblilərimiz uğurlar qazanmışlar.

Bakı Dövlət Universitetinin Qazax filialında 13 ixtisas üzrə 689 tələbə təhsil alır. Onlardan 400 nəfəri birinci kurs tələbəsidir. Tələbələrdən 611-i əyani, 78-i qiyabi olmaqla respublikamızın 54 rayonunu təmsil edirlər. Filialın pedoqoji heyətinin 34 faizini elmi dərəcəli kadrlar təşkil edir. Filialın yeni tədris korpusunun-kampus tələbə şəhərciyinin tikilib istifadəyə verilməsi üçün 6 hektar torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmışdır. Yaxın müddətdə təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. İl ərzində universitetdə 16 ədəd mədəni kütləvi tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı əmrinə əsasən Qazax Kənd Təsərrüfatı Texnikomunun bazasında Qazax Dövlət Sosial-İqtisadi Kolleci yaradılmışdır. Hazırda kollecdə 13 ixtisas üzrə 741 nəfər tələbə təhsil alır. 2017-2018-ci tədris ilində 239 nəfər tələbə qəbul olmuşdur. Təhsil Nazirliyi tərəfindən kollecin binasında təmir işləri aparılmışdır. Hazırda kollecin binasına istilik sistemi çəkilməkdədir.

Qazax Peşə liseyi kənd təsərrüfatı və sənaye təmayüllü olmaqla 1974-cü ildən fəaliyyət göstərir. Hazırda liseydə müxtəlif ixtisaslar üzrə 180 nəfər tələbə təhsil alır. 2017-2018-ci tədris ilində “Asan Xidmət” xətti ilə geniş profilli traktorçu-maşınçı, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar və xalça məmulatlarının bərpası ixtisasları üzrə 60 nəfər şagird qəbul olunmuşdur.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.

Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada 3 qrupla yenidən fəaliyyətə başlamışdır.

Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çataraq istifadəyə verilmişdir. 2017-ci ilin oktyabr ayında əlavə 2 qrupun, 2018-ci ilin yanvar ayında isə əlavə 6 qrupun açılmasına nail olunmuşdur. Bundan əlavə, “HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıraraq istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar və Cəfərli kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, müasir tələblərə uyğun inventar və avadanlıqlarla təchiz olunaraq uşaqların istifadəsinə verilmişdir.

Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında kombi sistemi quraşdırılaraq istiliklə təchiz edilmiş, bütün bağça işçiləri xüsusi geyimlə təmin olunmuşlar.

23 dekabr 2017-ci il tarixdə Qazax şəhəri üzrə körpələr evi-uşaq bağçaları arasında Yeni il münasibətilə ilin ən yaxşı bağçasının seçilməsi məqsədilə uşaqların vətənpərvərlik tərbiyəsinə həsr olunmuş tədbir təşkil olunmuşdur. Birinci, ikinci və üçüncü yerə layiq görülmüş körpələr evi-uşaq bağçaları rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, pul mükafatı və hədiyyələrlə təltif olunmuşlar. Tədbirdə iştirakçı olan 60 nəfər uşağın hər birinə hədiyyələr verilmişdir.
Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur.

2018-ci ildə Çaylı, Ağköynək və Yuxarı Salahlı kəndlərində yeni körpələr evi-uşaq bağçalarının tikintisi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Qazax rayon Mərkəzi Xəstəxanasının nəzdində 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım Stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə TÜRKKIZILAYI-nın əməkdaşlığı sayəsində Abbasbəyli kəndində sahəsi 40 kvadratmetr olan 2 otaqlı tibb məntəqəsi tikilərək istifadəyə verilmişdir. Hazırda Ruhi xəstəxanada, Kəmərli və İkinci Şıxlı kənd xəstəxanalarında təmir işləri davam etdirilir.

Rayon Mərkəzi Xəstəxanasında 2.901 nəfər şəkərli diabet xəstəsi, 257 nəfər vərəmli xəstə, 722 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır. Şəkərli diabet, onkoloji və vərəmli xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər.

Fevral ayının 15-dən etibarən Dövlət Başçısı İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla həyata keçirilmişdir. 66.673 nəfər əhali tibbi müayinədən keçirilmiş, 65.191 nəfər sağlam hesab edilmiş, 1.026 nəfər ambulator müalicəyə, 224 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Rayonumuzda Respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.

Qazax Müalicə Diaqnostika Mərkəzinə il ərzində 22.189 ambulator gəliş olmuş, mərkəzdə 125.007 laboratoriya müayinələri olunmuş, 927 cərrahi əməliyyat aparılmış, 5923 çarpayı günü olmuşdur.

Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2017-ci il ərzində əhalinin sağlamlığının qorunması ilə bağlı bir çox profilaktik tədbirlər həyata keçirilmişdir. Hesabat ilində 1.026 nəfər uşaq profilaktiki peyvəndə cəlb olunmuşdur.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci ildə gənclərlə iş sahəsi üzrə 20, bədən tərbiyəsi və idman sahəsi üzrə 35 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 5.168 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 38, respublika yarışlarında 115 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.

04-06 aprel tarixlərdə İsmayıllı rayonunda keçirilən güləş üzrə Yeniyetmələrin XI Respublika Oyunlarının zona mərhələsində fərqlənən 14 nəfər, 02-11 sentyabr tarixlərdə Macarıstanın Budapeşt şəhərində keçirilmiş Qol güləşi üzrə dünya çempionatında qalib olmuş 3 nəfər idmançı və məşqçi Azər Əliyev, Xaçmaz şəhərində keçirilmiş ağır atletika üzrə Yeniyetmələrin XI Respublika oyunlarında fərqlənən 8 idmançı və onların məşqçiləri rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr və mükafatlarla təltif olunmuşlar. Noyabr-dekabr aylarında ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlər qazanmış 26 nəfər idmançı və 4 nəfər məşqçi müəllim uğurlarına görə RİH başçısı tərəfindən qəbul olunaraq mükafatlandırılmışlar.

Ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Qazax güləş məktəbinin yetirməsi, “Şöhrət” ordenli və “Tərəqqi” medalı ilə təltif olunmuş Umudov Firdovsi Qəminalı oğlu Azərbaycan Güləş Federasiyasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Bundan başqa, Qazax rayonunda güləş idman növünün əsasını qoymuş Əhmədov Kamal Məhəmməd oğluna ölkədə idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilmişdir.

Məhəmmədəli Pəhləvan adına güləş zalının 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə əsaslı təmirdən sonra açılışı olmuşdur. Həmin tədbirdə 76 nəfər idmançı, məşqçi və idman veteranlarına diplom, qiymətli hədiyyələr və pul mükafatları verilmişdir. Tədbirdə Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva və Azərbaycan Güləş Federasiyasının Birinci vitse-prezidenti Firdovsi Umudov və başqaları iştirak etmişlər. Qazax rayon Gənclər Mərkəzi əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

2017-ci il ərzində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16.416.000 manat, ümumi məhsul buraxılışının həcmi 157.537.000 manat olmuşdur ki, bu 2016-cı illə müqayisədə 2,5 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 34.178.000 manat, keçən ilə nisbətən 1,8 dəfə çox, kənd təsərrüfatı məhsullarının həcmi 64.012.000 manat 2016-cı ilə nisbətən 8 faiz çox olmuşdur. Rayon üzrə adambaşına düşən məhsul buraxılışı 1.628 manat, orta aylıq əməkhaqqı 269,3 manat olmuşdur.

Tikinti-quraşdırma işlərinin həcmi 15.447.200 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 4.449.000 manat olan 315 yaşayış evi tikilib istifadəyə verilmişdir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. 2017-ci il ərzində 13 yeni müəssisə yaradılmış, 1.497-si daimi olmaqla 1.568 yeni iş yeri açılmışdır. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 49.952 nəfər olmuşdur ki, bundan 49.371 nəfəri məşğul əhalidir. Onlardan daimi işlə 10 min 965 nəfər təmin olunmuşdur.

2017-ci il ərzində Qazax Məşğulluq Mərkəzinə 31 müəssisədən 502 boş iş yeri təqdim edilmişdir. Müraciət etmiş 2.789 nəfər vətəndaşdan 2.074 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 575 nəfərə göndəriş verilmiş, 530 nəfər münasib işlə təmin olunmuşdur. 238 nəfərə işsizlik statusu verilmiş və 275 nəfərə müavinət təyinatı aparılmışdır. Qazax rayon Məşğulluq Mərkəzində üçtərəfli müqaviləyə əsasən 16 nəfər vətəndaş “Arıçı” peşə kursuna cəlb edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin edilməsi” ilə bağlı sərəncamının icrası ilə əlaqədar rayonumuzda 14 ailə özünüməşğulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallarla təmin olunmuşdur.

Respublika Prezidenti İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş “ASAN qatar” konsepsiyası reallaşdırılıb.

Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır. Bundan əlavə, Səyyar Asan Xidmət iyun ayında da 15 gün müddətində Qazax rayonunda sakinlərə xidmət göstərmişdir. Bu xidmətlərdən 2443 nəfər vətəndaş yararlanmışdır.

“Asan Xidmət” növbəti dəfə dekabr ayının 7-dən 28-ə kimi rayonumuzda əhaliyə xidmət göstərmişdir. Xidmətlərdən 8.324 nəfər yararlanmışdır. Həmçinin xidmət tərəfindən kəndlərdə də xidmətlər göstərilmişdir. 1.051 nəfər məktəb şagirdi pulsuz olaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşlar. Ümumilikdə il ərzində 15298 nəfər rayon sakini asan xidmətdən istifadə etmişdir.

14 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyadan 275 nəfər rayon sakini yararlanmışdır.

Rayonumuzda da “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Məlum olduğu kimi, 29 yanvar 2018-ci il tarixində cənab Prezidentin rəhbərliyi ilə “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Dövlət Proqramının icrası, bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının çox uğurla getdiyini, qarşımızda duran bütün vəzifələrin icra olunduğunu və bu proqramın Azərbaycanın regionlarında da dönüş yaratdığı qeyd edilmişdir. Ölkəmizdə köklü iqtisadi islahatlar və bölgələrdə infrastruktur layihələri icra edilməklə, həmin İnfrastruktur layihələri ölkəmizin ümumi inkişafına böyük təkan vermişdir.

Ölkə Başçısı son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələrinin də göz qabağında olduğunu göstərməklə, elektrik təsərrüfatının, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatdırılması, içməli su və kanalizasiya sistemlərinin qurulması, kənd təsərrüfatının inkişafı, avtomobil yollarının tikintisi, nəqliyyat sahəsinin və digər sahələrin də inkişafını qeyd etmişdir. Eyni zamanda, sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikildiyini, yaxud təmir edildiyini qeyd etmişdir. 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələrin icra ediləcəyini vurğrlamışdır.

Proqramı əhatə edən dövr ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın 14 il ərzində 3,2 dəfə artdığı, qeyri-neft iqtisadiyyatımızın isə 2,8 dəfə artması qeyd edilmişdir. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsinin 2,6, kənd təsərrüfatının 1,7, qeyri-neft ixracımızın isə 4,1 dəfə artması qeyd edilmişdir.

Cənab Prezident bölgələrdə sərmayə qoyluşunun regional inkişaf proqramlarının icrası üçün çox önəmli olduğunu göstərmişdir. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları fəal işləməlidir. Cənab prezident 2017-ci ildə cəlb edilmiş sərmayələrlə bağlı birinci yerlərdə olan rayonları qeyd etmişdir. Həm keçən il qoyulmuş sərmayənin, həm də bu il investisiya layihələrinin ümumi həcmi ilə bağlı. Beləliklə, keçən il sərmayə qoyuluşuna görə ilk onluqda olan rayonları qeyd edərkən rayonumuzun da yüksək göstəriciyə malik olduğunu qeyd etmişdir.

Bildirmək istəyirəm ki, cənab Prezidentin sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi qayğısının nəticəsi olaraq, 2017-ci ildə rayonumuza investisiyanın cəlb olunması ilə bağlı işlər daha da genişləndirilmiş və iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat və kənd təsərrüfatına 17,3 milyon manat özəl sərmayə qoyulmuşdur.

Rayonumuzda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən illərdə olduğu kimi 2017-ci ildə də davam etdirilmişdir.

Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlər düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş, işıq sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksi tamamilə yenidən qurulmuş, 7 Milli Qəhrəman və 278 nəfər şəhidin şəklinin həkk olunduğu lövhələr vurulmuşdur.

Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Qazax şəhəri H.Əliyev prospektində və digər küçələrdə 3890 p/m uzunluğunda yeni bardür düzülmüş, əraziyə tamet döşənmiş, bu istiqamətdə işlər davam edir.
Heydər Əliyev Mərkəzinin dam örtüyü, pilləkan qəfəsinin üst hissəsi və binanın daxilində təmir işləri aparılmışdır.

Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, əvvəl qoyulmuş “At heykəli” götürülərək yeni daha əzəmətli “At heykəli” qoyulmuşdur.

Qazax şəhəri ərazisində hərbi şəhərcikdə şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına və Cümə məscidinin qabağında Vəfa Dəmirçioğlunun adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.

“Azərxalça” ASC tərəfindən Qazax şəhərində 161 iş yerlik Xalça müəssisəsi tikilərək istifadəyə verilmişdir.

İkinci Şıxlı kəndində “Sınıq Körpü” Buraxılış Məntəqəsində yenidənqurma və abadlıq işləri aparılmış, yeni işıqlanma sistemi qurulmuş, ağaclar və gül kolları əkilmişdir.
Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun poeziya evində əsaslı təmir işləri aparılmışdır.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli, 77s saylı sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli, uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən və uzunluğu 6,5 km olan Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, Çaylı kəndinin içərisindən keçən avtomobil yolları tikilərək istifadəyə verilmişdir. 2017-ci il ərzində cəmi 11,65 km avtomobil yolu tikilmişdir.

Hazırda uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi sürətlə davam etdirilir.

Rayonun kənd yaşayış məntəqələrində 104 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.

Rayonun Quşçu Ayrım kəndində 4 ədəd, Fərəhli kəndində 3 ədəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 9 ədəd sığınacaq tikilmişdir. Məzəm kəndində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 576 metr uzunluğunda istinad divarı tikilir.

“Mina təhlükəsizliyi” ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentleyi (ANAMA) tərəfindən rayonumuzda 2017-ci il ərzində 6 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilmişdir.

Rayonun Ermənistanla təmasda yerləşən Ağköynək, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Məzəm, Quşçu Ayrım, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı və Fərəhli kəndlərində Polis məntəqələri tikilmişdir.

Çaylı kəndindəki Şəhidlər Xiyabanında da əsaslı təmir işləri aparılmışıdır. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 13 tonluq hovuz tikilmişdir.

Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə başlanılmışdır. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri aparılmış və abidənin ətrafında yeni park salınmışdır. Əsas küçədə 1200 metr asfalt çəkilmişdir.
Rayonun Aslanbəyli, Abbasbəyli və Xanlıqlar kəndlərində nəzarət buraxılış məntəqələri tikilərək istifadəyə verilmişdir.

İllik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində Əhəng zavodunun tikintisi başa çatmışdır. Yaxın zamanlarda istifadəyə veriləcəkdir. Həmin zavodda 350 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.

“Carçıoğlu GROUP" MMC tərəfindən Xanlıqlar kəndində illik istehsal gücü 50 min ton olan Əhəng zavodunun və illik istehsal gücü 9600 ton olan Elektrod istehsalı zavodunun tikintisi davam etdirilir. Bu zavodlar fəaliyyətə başlayanda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

“HGC GROUP” MMC tərəfindən “Nəqliyyat” bölməsinin tikintisinə başlanılmış, işlər sürətlə davam etdirilir. İşlər başa çatdıqdan sonra daha 230-250 nəfər işlə təmin olunacaqdır.

“İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir, cəmiyyət tərəfindən əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilmişdir. Bundan əlavə, Xram çayı sahilində su qəbuledici qurğu tikilmişdir. Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa olunmuşdur. 1100 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemləri quraşdırılacaqdır. MMC ümumi sahəsi 1600 kvadratmetr olan böyük quru anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və gübrələr saxlanılır. Sahəsi 2200 kvadratmetr olan soyuducu kamera, tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati binanın tikintisi sürətlə davam edir. Ümumi suvarma işlərinin həyata keçirilməsində avadanlıqların fəaliyyəti məqəsdilə və eyni zamanda quru və soyuducu anbarın işləməsi üçün 14 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılmışdır. Texnikaların saxlanılması aqroparkı yaradılacaqdır.

2017-cı il ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar və Canalı kəndlərinin hər birində 1 ədəd, cəmi 10 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. 2017-ci ildə qazıntısı nəzərdə tutulmuş Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd olmaqla, 6 ədəd subartezian quyusunun qazıntısı işləri yekunlaşmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. İl ərzində rayonda cəmi 16 ədəd subartezian quyusu qazılmışdır.

Kənd təsərrüfatı bitkilərini normal suvarma suyu ilə təmin etmək məqsədilə Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən 2017-ci il ərzində 468 min kubmetr həcmində kəndlərin təsərrüfatlar daxili suvarma şəbəkələrində mexanizmlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılmışdır. 2017-ci il ərzində 98.663 min kubmetr faktiki olaraq su götürülmüş və aidiyyəti üzrə su istehlakçılarına verilmişdir. 2018-ci təsərrüfat ilinə hazırlıq məqsədilə su təsərrüfatı sahələrində lildən və kol-kosdan təmizləmə, hidrotexniki qurğuların və hidropostların təmir işləri davam etdirilir. Rayonda 6 Sudan İstifadə Birlikləri fəaliyyət göstərir. Bu birliklərdə 42 nəfərdən ibarət işçi heyəti vardır və suvarma suyunun itkisiz və səmərəli istifadə olunmasına ciddi nəzarət olunur.

2017-ci il ərzində Coğazçay su anbarından Qazax şəhərində, Daş Salahlı və Ürkməzli kəndlərində əhaliyə 10.920 min kubmetr içməli su verilmişdir. Hazırda Ağstafaçay su anbarında 13,5 milyon kubmetr, Coğazçay su anbarında isə 1 milyon kubmetr su vardır ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 21,5 milyon kubmetr və 1,7 milyon kubmetr azdır.

2017-ci ilin məhsulu üçün 2750,6 hektar arpa, 8289,2 hektar buğda olmaqla, cəmi 11039,8 hektar taxıl, 34 hektar vələmir, 52 hektar paxlalılar, 504,8 hektar qarğıdalı, 5,6 hektar darı, 3336,5 hektar yonca, 62,5 hektar günəbaxan, 50 hektar tütün, 809,1 hektar kartof, 31,4 hektar bostan, 522,97 hektar şəkər çuğunduru, 85,92 hektar sorqo, 483,8 hektar tərəvəz becərilmişdir. Ümumilikdə əkin sahəsi 2016-cı ilə nisbətən 2123,39 hektar çox olmuşdur.

2017-ci ildə cəmi 36.469 ton taxıl məhsulu əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6,629 tonu isə arpadır. Bir hektar sahədən 36,00 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. Keçən illə müqayisədə cəmi taxıl əkini 3219,8 hektar, götürülmüş məhsul isə 12660,8 ton, orta məhsuldarlıq isə 2,63 sentner çox olmuşdur. 2018-ci ilin məhsulu üçün 12351,7 hektar sahədə payızlıq taxıl səpilmişdir ki, bu da ötən il əkilmiş sahədən 1311,9 hektar çoxdur.

2017-ci ildə 47,8 hektar yeni fındıq bağı salınmış və cəmi fındıq bağları 222,83 hektar olmuşdur ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Bu il 460 ton fındıq məhsulu istehsal olunmuş, məhsuldarlıq hər hektara 33,8 sentner olmuşdur.

Ümumi meyvə bağları 1.264 hektar, üzüm bağı 325 hektardır. İl ərzində 3250 ton üzüm məhsulu yığılmışdır. Əkin sahələrindən 22000 ton kartof, 2726 ton qarğıdalı, 132 ton günəbaxan, 12013 ton tərəvəz, 10011 ton quru yonca, 88,4 ton vələmir, 109,6 ton paxlalılar, 5387 ton şəkər çuğunduru istehsal olunmuşdur.

İl ərzində 80240 kq quru tütün məhsulu istehsal edilərək Şəki şəhərindəki “İlham M” MMC-yə təhvil verilmişdir. 2016-cı illə müqayisədə tütünün əkin sahəsi 40 hektar, istehsal olunmuş məhsul isə 64605 kq çox olmuşdur. 2018-ci ildə də 60 hektar sahədə tütün becərilməsi nəzərdə tutulmuşdur.

Ötən il rayonumuzda 4623 kq barama istehsal edilmişdir. Bu isə 2016-cı ildən 3123 kq və ya 3,1 dəfə çoxdur. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə 2017-ci ildə 7300 ədəd tut tingi basdırılmışdır ki, bunun da 4300 ədədi yerli, 3000-i isə Çin Xalq Respublikasından gətirilmişdir.

Rayonun Ağköynək kəndində 2 ədəd, Çaylı kəndində 1 ədəd hər birinin sahəsi 1 hektar olan tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksi tikilərək istifadəyə verilmiş, Yuxarı Salahlı kəndində 1 hektar ərazidə istixana kompleksinin tikintisi davam etdirilir.

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq 8433 nəfər istehsalçıya 988.599,20 manat subsidiya verilmişdir ki, bu da ötən ildən 222.418 manat çoxdur. Həmçinin, 30 nəfər barama istehsalçısına 22.316,5 manat subsidiya, 2016-cı ildə istehsal olunmuş tütünə görə 781,5 manat ödənilmiş, 2017-ci ildə istehsal olunmuş tütünə görə 3.990 manat subsidiyanın verilməsinə görə sənədlər Respublika Komissiyasına təqdim edilmişdir.

Son zamanlar rayonumuzda arıçılığın inkişafı da diqqəti cəlb edir. Ötən ilin müvafiq dövründə rayon üzrə 325 təsərrüfatda 2.216 arı ailəsi olduğu halda bu gün 342 təsərrüfatda 2.867 arı ailəsi vardır.

Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. 2017-ci ildə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün 18 baş iribuynuzlu cins mal alınmışdır. Süni yolla mayalandırılmış heyvanlardan 208 baş bala alınmışdır. Həmin balalardan 147-nə görə 14700 manat subsidiya verilmiş, 61 başa subsidiyanın verilməsinə görə sənədlər Respublika Komissiyasına təqdim edilmişdir. 345 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, ət istehsalı 2016-cı illə müqayisədə 5,5 ton artaraq 5.589,2 ton, süd istehsalı 8,3 ton artaraq 31.180,5 ton, yumurta istehsalı 156.000 ədəd artaraq 11.809.000 ədəd olmuşdur.

Qazax rayon Baytarlıq İdarəsi tərəfindən 2017-ci il ərzində müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30.446 baş iribuynuzlu, 134.664 baş xırdabuynuzlu, 1.084 baş təkdırnaqlılar qarayara, 41.032 baş iribuynuzlu, 68.921 baş xırdabuynuzlu heyvanlar dabax, 5.840 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı, 27.395 baş xırdabuynuzlular Rev-1 ilə, 4.139 baş iribuynuzlu Şt-19-la Bruseliyoza qarşı peyvənd edilmişdir.

Həmçinin 193.916 baş yetkin ev quşları taun xəstəliyinə qarşı “La Sota” ilə, 211.781 baş ev quşları taun xəstəliyinə qarşı “H” vaksini ilə peyvənd olunmuşlar.

Rayonda 4 siyasi partiya, 17 ictimai birlik və 4 dini icma fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının 7853 nəfər, digər partiyaların isə cəmi 251 nəfər üzvü vardır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ərzində vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında imzaladığı sərəncamlara müvafiq olaraq, Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə Qazax rayonu üzrə 519 nəfər təyin olunduqları hərbi hissələrə tam olaraq vaxtında təhvil verilmişdir.

Gənclərin çağırışaqədər hazırlıq işi 2017-ci ildə SHXÇDX-nin Qazax şöbəsi ilə rayon Təhsil şöbəsinin razılaşdırdığı və Qazax rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq tam yerinə yetirilmişdir. Belə ki, 2017-ci ildə keçirilən “Şahin” hərbi idman və turizm oyunlarında Aşağı Salahlı kənd tam orta məktəbin komandası rayonda birinci, zonada isə üçüncü yeri tutmuşdur.

İl ərzində 16 yaşı tamam olmuş kişi cinsli nümayəndələrdən 587 nəfər ilkin hərbi qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsaitlərin toplanması ilə bağlı aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, 2017-ci ildə ümumilikdə 35610,47 manat vəsait köçürülmüşdür.

2017-ci ildə də yerli İcra Hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Hesabat ilində rayonda mövcud olan kriminogen vəziyyətin təhlili və qanun pozuntularına qarşı aparılan mübarizə tədbirlərinə dair rayonun hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı barışmaz mübarizəni təmin etmək zəruri tədbirlərdən biri kimi hesab edilir. Qazax rayonu ərazisində 2017-ci ildə icraatda olan 140 cinayət hadisəsi baş vermişdir ki, onlardan 98-i DİN, 42-i Prokurorluq üzrə qeydə alınmışdır. Cinayətlərdən 124-nün istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş, cinayətlərin açılması 91,2 faiz təmin edilmişdir. 2016-cı ildə 201 cinayət hadisəsindən 19 cinayət bağlı qalaraq ümumi cinayətlərin açılması 91,3 faiz olmuşdur. 2016-cı illə müqayisədə ümumi cinayətlərin sayı 61 fakt, ağır və xüsusilə ağır cinayətlərin sayı 23 fakt, az ağır cinayətlərin sayı isə 49 fakt azalmışdır.

Hesabat dövrü ərzində keçirilmiş tədbirlər nəticəsində narkotiklə bağlı 16 fakt aşkar edilmişdir. Onlardan 10 fakt satış, 6 fakt saxlama olmuşdur. Ümumilikdə 2 kq 978 qram müxtəlif növ narkotik maddələr dövriyyədən çıxarılmışdır. “Xaş-xaş 2017-ci il” şərti adlı kompleks əməliyyat tədbirləri ilə əlaqədar rayon ərazisində 3641 kq yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir.

2017-ci il ərzində rayon İcra Hakimiyyətinə 1721 müraciət daxil olmuşdur ki, bunlardan 88-i minnətdarlıq və təşəkkürdür. Müraciətlərdən 287-i Prezidentin Administrasiyasına (16,7%), bundan – 5-i təşəkkür, 12-si Milli Məclisə (0,7%), 15-i Nazirlər Kabinetinə (0,8%), 49-u respublikanın digər təşkilatlarına (2,9%), 1358 müraciət isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanmışdır (78,9%). 2016-cı il ilə müqayisədə Prezidentin Administrasiyasına daxil olmuş müraciətlər azalmış, bilavasitə İcra Hakimiyyətinə daxil olmuş müraciətlər isə artmışdır.

Rayon İcra Hakimiyyəti Başçısının Aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 21,1 faizi mərkəzi orqanlardan, 78,9 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. 2016-cı ildə isə müraciətlərin 26,3 faizi mərkəzi orqanlardan, 73,7 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 38,1 faizi müsbət həll olunmuş, 8,4 faizi qismən həll olunmuş, 0,3 faizi əsassız sayılmış, 51,7 faizinə müvafiq izahat verilmiş, 1,5 faizi baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmişdir. 2016-cı il ilə müqayisədə müsbət həll olunmuş müraciətlər 15,7 faiz artmışdır.

2016-cı il ərzində Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatında keçirdiyi qəbullar zamanı 1972 nəfər, 2017-ci il ərzində isə 2020 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Müraciətlərdən 158-i torpaqla əlaqədar məsələlər, 303-ü mənzillə təmin olunmalarına və evlərinin təmir olunmasına köməklik, 702-si işlə əlaqədar, 91-i ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 76-sı su məsələsi, 12-si kommunal məsələlərlə bağlı, 85-i müalicəsinə köməklik, 42-si görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 551-i isə digər məsələlərlə əlaqədar olmuşdur.

Rayon İcra Hakimiyyəti Başçısının qəbulu üçün təsdiq edilmiş qrafikdən əlavə olaraq Milli Qəhrəman və Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, digər imtiyazlı şəxslər birinci növbədə qəbul edilirlər. Həmçinin, aktual problemlərlə bağlı müraciət edən vətəndaşlar fərdi qaydada dərhal qəbul edilirlər. Qəbul zamanı təqdim edilmiş rəsmi müraciətlər qeydə alınır və qanunamüvafiq baxılır.

2017-ci il ərzində Qazax rayon İcra Hakimiyyəti Başçısı tərəfindən kəndlər və şəhərdə 50 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 15087 nəfər, müraciət ed


Facebook-da paylaş