• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi qəbul edilib

Vətəndaşlar fərdi qəbul edilib
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini fərdi şəkildə qəbul etməsi Qazax rayonunda artıq ənənə şəklini alıb.

Bu gün rayon rəhbərliyi iş saatının bitməsinə baxmayaraq ərizə ilə müraciət edən bir qrup vətəndaşı fərdi qəbul edərək onları narahat edən məsələlərlə, qayğı və problemləri ilə maraqlanıb.

Qazax şəhəri, N.Nərimanov küçəsi ev 35-də yaşayan şəhid anası Pirvəliyeva Mənşurə Hüseyn qızı oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət edib. Rayon rəhbərliyi şəhid anasını diqqətlə dinlədikdən sonra oğlunun işlə təmin edilməsi barədə aidiyyatı təşkilat rəhbərinə tapşırıq verib. Bildirilib ki, yaxın vaxtlarda oğlu işlə təmin olunacaqdır.

Aşağı Əskipara kənd sakini, şəhid ailəsi olan Sadıqova Qətibə Qədir qızı da gəlininin və qızının işlə təmin olunmalarına dair mürəciət edib. Rayon rəhbərliyi onları sənədləri ilə birlikdə növbəti həftə təkrar qəbul edəcəyini bildirib.

Quşçu Ayrım kənd sakini, şəhid ailəsi Talıbov Niyazi Qədimalı oğlu isə müvəqqəti yaşadığı mənzildən özünün xəbəri olmadan ev əşyalarının çıxarılması barədə müraciət edib. İcra Başçısının tapşırığına əsasən qeyd edilən məsələ aidiyyatı nümayəndələr tərəfindən araşdırıldıqdan sonra vətəndaşa onun adının qeydiyyatda olmaması səbəbindən mənzilin boşaldılması barədə məlumat verilib. Bununla yanaşı, rayon rəhbəri onun şəhid ailəsi olduğunu nəzərə alaraq boş mənzil yarandığı halda təmin edilməsi barədə göstəriş verib.

Şəhər sakinlərindən Mustafayev Aqil İsmayıl oğlu işlə təmin olunması, eləcə də marşurut xəttində yer alınması üçün icazə verilməsini və torpaq sahəsinin sənədlərinin hazırlanması ilə bağlı müraciət edib. Rayon rəhbərliyi qaldırılan məsələlərin aidiyyatı üzrə araşdırılması və həll olunması üçün göstəriş verib.

Şəhər sakinlərindən Fərruxov Yadigar Yolçu oğlu da özünün və həyat yoldaşının işlə təmin olunmasına köməklik göstərilməsi ilə əlaqədar müraciət edib. Sakinləri diqqətlə dinləyən İcra Başçısı onların dövlət qulluğu imtahanında iştirak etmələrini tövsiyə edib və onların işlə bağlı məsələlərinin nəzarətə götürülməsini tapşırıb.
Zeynalov Çingiz Saleh oğlunun da özünün və həyat yoldaşının işlə əlaqədar etdiyi müraciətə baxıldıqdan sonra rayon rəhbərliyi işlə təmin olunması barədə göstəriş verib.
Vətəndaşlar fərdi qəbul edilib
Ağköynək kənd sakini İsgəndərov Elşən Ayvaz oğlunun oğlunun müalicəsi üçün etdiyi müraciətinə baxılaraq kömək üçün elə bir imkanın olmadığı vətəndaşın diqqətinə çatdırılıb.

Məmmədov Anar Qəhrəman oğlunun işlə bağlı müraciətinə cavab olaraq dövlət qulluğu imtahanında iştirak etməsi tövsiyə olunaraq onun məsələsinin də nəzarətdə saxlanılacağı qeyd olunub.

Şəhər 1 saylı məktəbin müəllimi Carçıyeva Rasimə Kamal qızı qəbul zamanı imtahanda iştirak etdiyini və müvafiq bal topladığını bildirib. Şəhər məktəblərinin birində direktor təyin olunması ilə bağlı mürəciət etdiyini bildirib. Rayon rəhbərliyi bu məsələnin də nəzarətdə saxlanıldığını və müvafiq boş yer yaranan kimi xəbər veriləcəyini bildirib.

Abdullayeva Firəngiz Firidun qızına gəlininin işlə təmin olunması ilə bağlı müraciətinə də yaxın vaxtlarda baxılacağı barədə məlumat verilib.

Qarapapaq kənd sakinlərindən Arzuman Xasməmmədli, Səyalı Əhmədova, İnnabə Əhmədova, Günay Yusifova, Ramiyyə Abbasova, Balaxanım Məmmədova və Gülən Abbasova isə içməli su problemi ilə bağlı mürəciət etdiklərini qeyd ediblər.

Vətəndaşları diqqətlə dinləyən İcra Başçısı Rəcəb Babaşov bu məsələnin ən aktual məsələ olduğunu bildirərək qısa bir vaxtda məsələnin həll ediləcəyini bildirib. Bu məsələnin öz həllini tapması üçün aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıq verib.

Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş