Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib - » Göyəzən internet portalı


Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib - Qazaxda

Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
YAP Qazax rayon təşkilatı inzibati binasının iclas zalında təşkilatın Şura iclası keçirilib. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələ barədə məlumat verib. İclasın gündəliyində Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələrin seçilməsi məsələsi olduğunu qeyd edərək 2018-ci il aprel ayının 11-də keçiriləcək növbədənkənar Prezident seçkiləri barədə danışıb.
Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasda çıxış edərək “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından söz açıb. Qeyd edib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyev seçkilərdə növbəti dəfə parlaq qələbə qazanacaqdır.
Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
Şura iclasında rayon təşkilatından açıq səsvermə yolu ilə 7 nəfər - Babaşov Rəcəb Abas oğlu, Pənahov Həmid Təşkilat oğlu, Göyüşlü Yeganə Göycə qızı, İsmayılov Vüsal Fəxrəddin oğlu, Hadıyev Paşa Nazim oğlu, Vəliyeva Səfurə Məti qızı, Əliyev Zaur Çingiz oğlu YAP-ın VI Qurultayına nümayəndə seçiliblər.

Sonra şura üzvlərindən Novruz Abdullayev, Səfurə Vəliyeva, Nizaməddin Məmmədov, Səfurə Rəhimova çıxış edərək qarşıdan gələn Qurultay və Prezident seçkiləri münasibətilə ürək sözlərini bildiriblər.

Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
Yeni Azərbaycan Partiyasının VI Qurultayına nümayəndələr seçilib -
GOYEZEN.AZ


Facebook-da paylaş