• Təqvim

  • Unutma

  • Maraq



Çoxmənzilli binalar öz görkəmini dəyişir - Qazaxda

Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Qazax şəhərindəki çoxmənzilli binalarda təmir işləri davam etdirilir. 2017-ci ildə Qazax şəhərində 78 çoxmənzilli yaşayış binası təmir olunubdur. 2018-ci ildə təmir olunması nəzərdə tutulan 81 çoxmənzilli yaşayış binasından 11-də təmir işlərinə başlanılıb.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu gün təmir işləri ilə tanış olmaq üçün şəhərdəki çoxmənzilli binalarda olub. İş prosesi ilə yaxından maraqlanan icra başçısı bütün binalara baş çəkərək görülən işlərin gedişi və keyfiyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, təmir aparılan 11 binanın 7-sinin dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub. Təmir gedən bütün binaların fasad hissəsində və bloklarda suvaq işləri görülür, pilləkənlər təmir olunur. Eyni zamanda, binaların giriş hissəsinin qapıları dəyişdirilərək yeni dəmir qapılar qoyulur.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görülən işlərlə yaxından tanış olduqdan sonra inşaatçılara öz tapşırıq və tövsiyələrini verib, təmirin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də diqqət yetirilməsini tapşırıb.

Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
Çoxmənzilli binalar öz görkəmini dəyişir -
GOYEZEN.AZ


Facebook-da paylaş