Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda işgüzar forum keçirilib

Qazaxda işgüzar forum keçirilib


16-11-2017, 14:00
Qazaxda işgüzar forum keçirilib
Bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Qazax rayonunda işgüzar forum keçirilib.

“Dövlətin dəstəyi, sahibkarlığın inkişafı, vətənimizin rifahı” adlı forumda İqtisadiyyat Nazirliyinin, SKMF-nun məsul şəxsləri, Azərbaycan İqtisad Universitetinin (ADİU) professorları, rayonda fəaliyyət göstərən bankların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan insanlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Qazaxda işgüzar forum keçirilib
Tədbir Respublika Prezidenti İlham Əliyevin SKMF-nun fəaliyyəti ilə əlaqədar söylədiyi fikirləri və fond tərəfindən həyata keçirilən layihələri özündə əks etdirən video-çarxın nümayişi ilə başlayıb.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək qonaqları rayon rəhbərliyi adından salamlayıb, tədbirin keçirilməsinə görə öz minnətdarlığını bildirib. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində Azərbaycanın iqtisadiyyatı durmadan inkişaf edir. Bütün regionlarda, o cümlədən Qazax rayonunda da SKMF tərəfindən güzəştli kreditlərin əldə edilməsi və layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradılır. Bunu kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərdən aydın şəkildə görmək olar.
Qazaxda işgüzar forum keçirilib
SKMF-nun layihələrin ekspertizası və monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Rəsul Rəsulov çıxış edərək güzəştli kreditlər, onların növləri və verilmə qaydaları, “Startap” layihələri, onun növləri, inkişaf mərhələləri, Azərbaycanda “Startap” layihələrə maliyyə dəstəyi verən qurumlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, forumun əsas məqsədi ixtisaslaşmış “Yaşıl bazar” adlı investisiya layihələri və onların həyata keçirilməsi qaydalarını izah etməkdir. Natiq çıxışı zamanı kartofçuluq, arıçılıq, südlük heyvandarlıq təsərrüfatının, kiçik ət kəsimi, kiçik süd emalı müəssisələrinin yaradılması ilə bağlı layihələrdən danışaraq fond tərəfindən bu istiqamətdə yaradılan geniş imkanlardan söz açıb.
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
SKMF-nun şöbə müdiri Samir Hümbətov çıxış edərək Qazaxda sahibkarlar üçün yaradılan şəraitdən, rayon rəhbərliyinin fondla olan əməkdaşlığından danışıb. Qeyd edib ki, bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün rayonda hər cür şərait yaradılıb. Buna rayon rəhbərliyi ilə görüş zamanı və bu il əldə edilən nəticələrdən bir daha əmin olduq.
Qazaxda işgüzar forum keçirilib
S.Hümbətov bildirib ki, sayca altıncı dəfə keçirilən işgüzar forumun başlıca məqsədi daha çox sahibkar və fermeri bu layihələrə cəlb etmək, daha çox təklif və fikirləri öyrənmək, qarşıya qoyulan məqsədyönlü tədbirlərə, yerli sahibkarlara dəstək olmaq, onlara öz təsərrüfatlarını qurmaq üçün səlahiyyətlərimiz çərçivəsində yardım etməkdir. Fond tərəfindən 900-dən çox qazaxlı fermerə bu günədək 30 mln-dan çox güzəştli kreditlər verilmişdir.

ADİU-nin dekanı Mirağa Əhmədov və biznesin idarə edilməsi kafedrasının professoru Niyazi Həsənov çıxış edərək sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə universitetdə yaradılan şərait haqqında məlumat verib, onları bu imkanlarla tanış olmağa, əməkdaşlıq etməyə dəvət ediblər.
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Sonda sahibkarları və fermerləri maraqlandıran suallar cavablandırılıb. Sahibkarlardan Azər Namazov, Rəsul İsmayılov, Poladxan Mahmudi, Şəadət Ağacanov, Nəbi Murğuzov, Eldar Carçıyev, Natiq Qocayev və başqaları çıxış edərək öz istək və təkliflərini bildirib, onları maraqlandıran məsələləri diqqətə çatdırıblar.

Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
Qazaxda işgüzar forum keçirilib
GOYEZEN.AZ

Geri qayıt