Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda Fermerlər Şurası yaradılıb

Qazaxda Fermerlər Şurası yaradılıb


4-09-2018, 12:42


Sentyabrın 3-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon fermerlərinin iclası keçirilib.

İclasın sədri Asif Yusifov Fermerlər Şurasının yaradılmasının əhəmiyyəti, şuranın fəaliyyət istiqamətləri haqqında məlumat verərək qeyd edib ki, bu şuranın yaradılması biz fermerlərə istək və ehtiyaclarımızı daha asanlıqla aidiyyatlı təşkilatlara çatdırmağımız, təkliflərimizi irəli sürməyimiz, təsərrüfatlarımızı inkişaf etdirməyimiz üçün çox əhəmiyyətlidir.

Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verən iclas sədri fermerlərin aqrar sahədə mövcud problemlərini müzakirə etmək və həlli üçün təkliflərini Nazirliyə təqdim etmək, ölkənin aqrar sektorunda fermerlərin davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən dövlət siyasətinə dəstək vermək, ölkədə fermerlərin aqrar sahədə prioritet istiqamətlərinin müəyyən edilməsində və bu sahədə hüquqi tənzimləmənin həyata keçirilməsində fermerlər kömək məqsədilə Nazirliyə tövsiyələrini təqdim etmək kimi imkanlarının olduğunu qeyd edib.

Bundan əlavə, fermerlərin inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, aqrar sahədə fermerlər tərəfindən innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastrukturun tətbiqi ilə bağlı təkliflərini Nazirliyə təqdim etmək, şuranın fəaliyyət istiqaməti üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarından və yerli özünüidarəetmə orqanlarından almaq, eləcə də bunula bağlı onlara sorğu və təkliflər göndərmək, ölkənin aqrar sektorunda fermerlərin mövcud problemlərinin həlli ilə bağlı koordinasiyalı qərarların hazırlanması məqsədi ilə icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və digər aidiyyəti qurumlara təkliflərini təqdim etmək kimi imkanlara da malikdirlər.

Şura tərəfindən keçirilən iclaslarda müzakirə olunan məsələlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, eləcə də kənd təsərrüfatı sahəsində çalışan alim və mütəxəssisləri dəvət etmək, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi üçün Nazirliyə təkliflər vermək, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılmasında və kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsində iştirak etmək, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılmasına dair Nazirliyə təqdim edilməsi üçün təkliflər hazırlama, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi və kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılmasına dair təkliflər təqdim etmək hüququna da sahibdirlər.

Rayonun qabaqcıl fermerlərindən Sirac Nuruyev, Əsəd Mahmudov, Namiq Məmmədov, Elxan Cürənov çıxış edərək fermerlər şurasının yaradılmasının hər bir kənd təsərrüfatı məhsulu istehsalçısı üçün istər təchizat işlərinin həyata keçirilməsində, keyfiyyətli məhsul becərilməsində, istərsə də məhsulun bazara çıxarılıb satılmasında çox böyük köməyi olacağını qeyd ediblər.

 

Geniş müzakirə şəraitində keçən iclasda ölkədə aqrar islahatların uğurla davam etdiyi bildirilib. Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması, Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyması yüksək qiymətləndirilib.


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərildiyini qeyd edən fermerlər əkin sahələrinin bir neçə dəfə artdığını və bol məhsuldarlıq əldə olunduğunu bildiriblər. Məhz rayon rəhbərliyinin qayğısı sayəsində əkin sahələrinin ildən-ilə artmasını, bütün kənd təsərrüfatı məhsullarında yüksək göstəricilərin əldə olunmasını bu sahəyə olan marağın təzahürü kimi qiymətləndiriblər.


Qarşıda duran vəzifələrdən söz açan fermerlər görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

 

İclasın sonunda 15 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub. Yusifov Anar Müzəffər oğlu yekdilliklə Qazax rayon Fermerlər Şurasının sədri seçilib.

Qazax rayon Fermerlər Şurasına seçilmiş şəxslərin

SİYAHISI 

S/S

Soyadı, adı, atasının adı

Məşğuliyyəti

Rayon Fermerlər Şurasında tutduğu vəzifə

Yaşadığı ünvan

1

Yusifov Anar Müzəffər

 

Kartofçuluq,

taxılçılıq

Sədr

Qazax şəhəri

2

Məmmədəliyev Adil Məmməd

Kartofçuluq

 

Üzv

Qazax rayonu, Xanlıqlar kəndi

3

Nuryev Sirac Qəhrəman

Üzümçülük 

Üzv

Qazax rayonu, Çaylı kəndi

4

Cürənli Elxan Firuddin

 

Taxıl toxumçuluğu

 

Üzv

Qazax rayonu, Daş Salahlı kəndi

5

Yusifov Asif Adgözəl

 

Taxıl toxumçuluğu

 

Üzv

Qazax raynu, Daş Salahlı kəndi

6

Məmmədov Natiq Kamaləddin

 

Heyvandarlıq

Üzv

Qazax rayonu, Birinci Şıxlı kəndi

7

Zeynalov Azad Vəli

 

Taxılçılıq

Üzv

Qazax rayonu, Xanlıqlar kəndi

8

Hüseynov Asif Cəlal

 

Heyvandarlıq

Üzv

Qazax rayonu, Qaymaqlı kəndi

9

Mustafayev Əli Abbas

 

Kartofçuluq

Üzv

Qazax rayonu,

Cəfərli kəndi

10

Mahmudov Əsəd Hacısaleh

 

Üzümçülük

 

Üzv

Qazax rayonu, Hüseynbəyli kəndi

11

Cürənli Elyar Firuddin

 

İstixana təsərrüfatı

Üzv

Qazax rayonu,

Daş Salahlı  kəndi

12

Vəliyeva Səfurə Məti

 

Taxılçılıq, kartofçuluq

Üzv

Qazax rayonu,

Çaylı kəndi

13

Cəfərov Alı Oruc

Arıçılıq

Üzv

Qazax rayonu,

Quşçu Ayrım kəndi

14

Həsənov İlqar Fəddin

Arıçılıq

Üzv

Qazax rayonu,

Aşağı Salahlı kəndi

15

Yusifov Afiq Rüstəm

Taxılçılıq, kartofçuluq

Üzv

Qazax rayonu,

Dəmirçilər kəndi




GOYEZEN.AZ


Geri qayıt