Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda barama tədarükü uğurla davam edir

Qazaxda barama tədarükü uğurla davam edir


17-06-2018, 15:30
Qazaxda barama tədarükü uğurla davam edir
Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin baramaçılığın inkişafına dair verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində uğurla icra edilir. Bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da bu sahənin inkişaf etdirilməsi üçün əməli tədbirlər görülür.

Rayonumuzda 3 ildir ki, barama yetişdirilir. Kümçülərin hər il yüksək məhsuldarlıq əldə etmələri və rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir. Ona görə də kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər.

Bu qayğıdan ruhlanan kümçülər işlərinə daha böyük məsuliyyətlə yanaşır, baramaqurdununun yetişdirilməsi üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərini, aqrotexniki qulluqları vaxtlı-vaxtında həyata keçirirlər. Məhz bunun nəticəsidir ki, kümçülər keyfiyyətli barama əldə edirlər.

Artıq bir neçə gündür ki, Qazax rayonunda da barama tədarükünə başlanılıb. Kümçülər yetişdirdikləri 5648,3 kq kiloqram məhsulu rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.

Məlumat üçün bildirək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram, 2017-ci ildə isə 4623 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər daha çox barama təhvil verməyi qarşılarına məqsəd qoyublar.

Qazaxda barama tədarükü uğurla davam edir
Qazaxda barama tədarükü uğurla davam edir
GOYEZEN.AZ

Geri qayıt