• Təqvim

  • Unutma

  • Maraq



Taxıl biçini uğurla davam etdirilir – Qazaxda

Taxıl biçini uğurla davam etdirilir –

Bu günədək Qazax rayonunda 11028,3 hektara yaxın sahədə taxıl əkilib. Əkilən sahənin 2750,6 hektarını arpa, 8277,7 hektarını isə buğda təşkil edir.

Hal-hazırda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün sahələrə 39 kombayn cəlb olunub.

Qazax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahovun GOYEZEN.AZ saytına verdiyi məlumata əsasən bu günədək rayonda 2705 hektar arpa, 2532 hektar buğda zəmilərdən biçilərək taxıl sahiblərinə təhvil verilib.
Taxıl biçini uğurla davam etdirilir –
H.Pənahov onu da qeyd edib ki, bu il rayonda əvvəlki illərə nisbətən bol məhsul var. Buna səbəb isə gübrələnmə və bütün aqrotexniki qaydalara vaxtında və düzgün əməl olunmasıdır.
Taxıl biçini uğurla davam etdirilir –
Taxıl biçini uğurla davam etdirilir –
Məlumat üçün onu da qeyd edək ki, əvvəlki illərə nisbətən bu il biçilən taxılın bazarı da var. Kənd sakinləri elə sahədəcə öz məhsullarını rahat şəkildə daha artıq qiymətə sata bilirlər.

Taxıl biçini uğurla davam etdirilir –


Facebook-da paylaş