Beynəlxalq Qızıl Xaç Komitəsi sərhəd kəndi Cəfərlidə əhalinin su təminatını yaxşılaşdırır
Son
illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da
yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi
istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da istər şəhər, istərsə də kənd sakinlərinin içməli
və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü işlər
görülür. Rayonun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndi də belə kəndlərimizdəndir. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Cəfərli kəndində əhalinin su təminatını
yaxşılaşdırmaq məqsədilə kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25
tonluq su çənləri quraşdırılıb. Eyni zamanda, kəndin aşağı hissəsində yerləşən
subartezian quyusunun suyunu həmin çənlərə vurmaq üçün mövcud subartezian
quyusunun nasosu və boruları yenisi ilə əvəz edilib. Ümumi çəkilən plastik boru
xəttinin uzunluğu isə 7590 metrdir. Hazırda evlərə gedən köhnəlmiş dəmir borular yeni
plastik borularla əvəz olunur. Həmin çənlərdən heç bir nasoslardan istifadə etmədən
öz axını ilə hamıya eyni ölçüdə olmaqla 185 evə su xətti çəkilir. Beynəlxalq Qızıl Xaç Komitəsinin gördüyü bu işlər
sakinlər tərəfindən də razılıq və minnətdarlıq hissi ilə qarşılanır.
GOYEZEN.AZ
Facebook-da paylaş