Kənd Təsərrüfatı naziri İnam Kərimov Gədəbəydə vətəndaşlarla görüşəcək
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov iyulun
26-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və
Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Kənd Təsərrüfatı nazirinin
müavini İlham Quliyev həmin gün Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində Tovuz və
Şəmkir rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini
Seyfəddin Talıbov isə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində Ağstafa və Qazax
rayonlarından olan vətəndaşları qəbul edəcəklər.
Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata
görə, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf
Mərkəzinə (050-378-03-30), Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-344-93-86)
və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-265-88-78) müraciət edə
bilərlər.
Qəbula yazılmaq üçün,
həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi” (1652) və elektron poçtu
(web@agro.gov.az)
vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Facebook-da paylaş