Qazaxda arpa biçini davam edir
Son illər
ölkəmizdə əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə bağlı həyata
keçirilən məqsədyönlü işlər nəticəsində aqrar sektor intensiv metodlarla
inkişaf etdirilir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan
Azərbaycan ölkədə kənd təsərrüfatının istehsal və ixrac imkanlarının
artırılmasına, o cümlədən də taxılçılığın inkişafına yeni yanaşmalar əsasında
nail olmağa çalışır.
Prezident İlham
Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi
ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq təqdirəlayiq işlər
görülür. Strateji əhəmiyyətli ərzaq məhsulu olan taxıl istehsalının
artırılmasında yeni yanaşmalardan istifadə edilir.
Ölkə rəhbəri
İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə kənd təsərrüfatı sahəsində uğurlu
nəticələr əldə edən bölgələrimizdən biri də Qazax rayonudur. Son 3 ildə rayonda
qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bunu söyləməyə əsas verir.
Rayonda neft sənayesi və tikinti sektorundan sonra üçüncü böyük sahə olan kənd
təsərrüfatı sahəsinə xüsusi diqqətin artırılması bu sahənin inkişaf etdirilməsi
ilə yanaşı rayonda işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasında da böyük əhəmiyyət kəsb edir.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün avadanlıqlarla
təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün
hər il daha çox maraq göstərirlər.
Rayonda cari
ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda,
4250 hektarda arpa əkilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə
həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da arpa biçini uğurla davam etdirilir. Arpa biçininin mütəşəkkil
keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik
tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.
Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib. GOYEZEN.AZ
Hazırda 4250 hektar arpa sahəsinin 2538 hektarında biçin aparılıb. Qalan 1712
hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.
Facebook-da paylaş