Qazaxda arpa biçininə başlanılıb
Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Qazaxda gündən-günə
inkişaf etdirilən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Son 3 ildir ki,
rayonda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülmüş
işlərin nəticəsidir ki, bu sahədə qısa müddətdə uğurlu göstəricilər əldə
olunub. Rayonda neft
sənayesi və tikinti sektorundan sonra üçüncü böyük sahə olan kənd təsərrüfatı
sahəsinə xüsusi diqqətin artırılması, bu sahənin inkişaf etdirilməsi bir
məqsədə - işsizliyin aradan qaldırılmasına və əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına xidmət edir. Məhz bu səbəbdən də kənd təsərrüfatının ölkə
iqtisadiyyatındakı rolunu nəzərə alaraq bu sahənin ildən-ilə inkişaf
etdirilməsinə maraq göstərilir. Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün
ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın
inkişafı üçün hər il daha çox maraq göstərirlər. Rayonda cari ilin məhsulu
üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda, 4250 hektarda
arpa əkilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata
keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib. Respublikamızın hər
yerində, o cümlədən də Qazax rayonunda arpa biçininə başlanılıb. Arpa biçininin mütəşəkkil keçirilməsi və
optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə
bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə
əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib. GOYEZEN.AZ
Hazırda 4250 hektar arpa sahəsinin 280 hektarında biçin aparılıb. Qalan 3790
hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.
Facebook-da paylaş