Qazaxda sahələrə tütün şitilinin köçürülməsi davam edir
Bu gün tam əminliklə deyə
bilərik ki, ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da paralel
şəkildə inkişaf etdirilir. Son illər dövlət başçısı İlham Əliyevin diqqət və
qayğısı sayəsində qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının
inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bunun əyani
sübutudur. Eyni zamanda, ölkədə bu sahənin sürətlə inkişaf etməsində ölkə
rəhbəri tərəfindən müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları da böyük
əhəmiyyət daşıyır. Həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində
kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunub. Son 3 ildir ki,
Qazax rayonunda da aqrar sektorun sürətlə inkişaf etdirilməsi, bu sahədə yüksək
göstəricilərin əldə olunması üçün məqsədyönlü işlər görülür. Bu gün rayonda ölkə rəhbəri İlham Əliyevin imzalamış olduğu 10
avqust 2017-ci il tarixli Sərəncama əsasən qəbul edilmiş "Azərbaycan
Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət
Proqramı”ı uğurla icra olunur. Kənd təsərrüfatında böyük
potensiala malik, iqtisadi cəhətdən səmərəli olan, işçi qüvvəsi baxımından da böyük tələbatın olduğu bu sahə həm də rayonda
yeni iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü ildir ki, Qazaxda
iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütün becəriləcək. 2016-cı
ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi
50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80
tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha
10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir. Builki mövsümdə isə Qazax
rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. RayonunKəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci
Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli,
Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində artıq bu günə kimi 29 hektar sahəyə tütün şitilləri küçürülüb. Bu
istiqamətdə də işlər davam etdirilir. Əkinlə yanaşı, suvarma da vaxtlı-vaxtında
həyata keçirilir. Hazırda sahələrdə 100-dən çox rayon sakini çalışır.
GOYEZEN.AZ
Qazaxbəyli kəndi
Hüseynbəyli kəndi
Aşağı Salahlı kəndi
Facebook-da paylaş