• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda tütün əkini davam edir


Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə artan templə inkişaf edir. Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı nəzərə çarpacaq dərəcədə artmışdır.

Ölkəmizdə aqrar sektorun sürətlə inkişaf etdirildiyi rayonlardan biri də Qazax rayonudur. Son 3 ildə rayonda kənd təsərrüfatının inkişaf etməsini ildən-ilə artan əkin sahələrinin artırılmasından da görmək olar. Bu isə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardır. Rayonda demək olar ki, kənd təsərrüfatının bir çox sahəsi, o cümlədən də böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan tütünçülük sahəsi də inkişaf etdirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması isə bu sahənin inkişaf etdirilməsinnə daha böyük təkan verir. Respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar məqsədyönlü tədbirlərin uğurla həyata keçirilməsi də bunun əyani sübutudur.

İşçi qüvvəsi baxımından da böyük tələbatın olduğu bu sahənin inkişafı rayonda yeni iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü il olacaq ki, Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütün becəriləcək. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 min tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir.

Builki mövsümdə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Artıq bu günə kimi 17 hektara tütün şitilləri əkilib. Bu istiqamətdə də işlər davam etdirilir. Hazırda sahələrdə 70-dən çox rayon sakini çalışır.






GOYEZEN.AZ



Facebook-da paylaş