Qazaxda Novruz yarmarkasına start verilib
Qarşıdan milli və qədim
bayramımız olan Novruz bayramı yaxınlaşır. Respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da bu bayrama xüsusi hazırlıq işləri görülür.
Bayram tədbirləri ilə yanaşı, rayon əhalisinin kənd təsərrüfatı və ərzaq
məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində təşkil olunan
"Novruz” yarmarkası da həmin işlərin bariz nümunəsidir.
Martın 15-dən
Qazax şəhərindəki Təzə Bazarda start götürən Novruz yarmarkasına müxtəlif çeşiddə məhsullar çıxarılıb. Bütün məhsullar bazar qiymətlərindən aşağı qiymətə
satılır. Hətta, quzu əti alıcılara 10 manata, mal əti isə 8 manata təklif
olunur.
Bugünkü
yarmarkada alış-veriş edən sakinlər yarmarkanın təşkilindən, satışa çıxarılmış
məhsulların çeşidlərindən və qiymətlərindən razı qaldıqlarını söyləyərək ölkə
başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki,
yarmarkanın keçiriləcəyi ərazidə səliqə-səhman və abadlıq işləri aparılıb.
Ümumilikdə, yarmarkanın rayon ərazisində yüksək səviyyədə təşkil olunması,
istehsalçıların məhsullarının daşınması və yerləşdirilməsi, satışa çıxarılan
məhsulların keyfiyyətinə və çeşidlərinə xüsusi diqqət yetirilməsi, bazarla
müqayisədə yarmarkada qiymətlərin daha əlverişli olması üçün hər cür şərait yaradılıb.
Dünəndən başlayan
yarmarka 17,18,19 tarixlərində
də təşkil olunacaq. Yarmarkanın imkanlarından rayon əhalisi, şəhərimizin
qonaqları və bütün arzu edənlər faydalana bilərlər.
S/N
Yarmarkanın keçirildiyi ünvan
Məhsulun adı
Ölçü vahidi (kq, litr, ədəd, dəstə)
Qiyməti
(manatla)
1.
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi "Təzə bazar”
Mal əti
kq
8
Quzu əti
kq
10
Kənd cücəsi
ədəd
4,00-5,00
Balıq
kq
4,00-6,00
Qoz
kq
3
Fındıq
kq
2,50
Üzüm
kq
1,20
Alma
kq
0,30-2,50
Nar
kq
1,50-3,00
Mandalin
kq
1,20-2,00
Apelsin
kq
1,30-2,00
Banan
kq
2,20
Heyva
kq
1,50
Limon
kq
1,80
Turp
kq
0,20
Kök
kq
0,50
Göyərti
dəstə
0,10-0,25
Çuğundur
kq
0,50
Bibər
ədəd
0,15
Kartof
kq
0,60
Soğan
kq
0,70
Kələm
kq
0,60-0,70
Pomidor
kq
3
Xiyar
kq
2-2,50
Kənd yumurtası
ədəd
0,15
Pendir
kq
3,00-4,00
Süd
litr
0,70
Qatıq
litr
0,70
Süzmə
kq
0,60-1,00
Şor
kq
1,80
Qaymaq
kq
4,00
Bal
kq
20-25
Noxud
kq
2,50
GOYEZEN.AZ
15-16 mart 2019-cu il tarixlərində
keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi
olmuşdur
Facebook-da paylaş