İqtisadi əhəmiyyətinə görə ikinci texniki bitki hesab olunan tütünçülüyün inkişafı uğurla davam etdirilir
Azərbaycanda kənd
təsərrüfatının böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən
səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün
dirçəldilməsi prioritet vəzifələrdən biridir. Çünki tütünçülük iqtisadi
cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin
yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi geniş inkişaf perspektivlərinə
malikdir. İqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi hesab
olunan tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi
ölkəmizdə bu sahədə böyük hədəflərin müəyyən olunmasına gətirib çıxarmışdır. Bu gün sevindirici haldır ki, rayonlarda
tütünçülüyün sürətlə inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası
ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkə başçısı İlham Əliyev tərəfindən
imzalanmış 10 avqust 2017-ci il tarixli, 3163 nömrəli Sərəncama əsasən
"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci
illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük əhəmiyyət
kəsb edir. Qazax rayonunda da iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan
tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verilir. 2016-cı ildə cəmi 10
hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara
çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox
məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar
artıraraq 60 hektara çatdırmışlar. Məlumat üçün qeyd edək ki, tütünçülüyün inkişafı
məqsədilə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci
Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş
Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha,
Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir. Vaxtında
göstərilən qulluğun nəticəsidir ki, kənd sakinləri sahələrdən istədikləri
tütünü yığırlar. Bu günədək 303 ton yaş tütün tədarük edilib. 15 tondan
çox məhsul "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi sürətlə
davam edir. GOYEZEN.AZ
Facebook-da paylaş