Qazaxda kartof yığımı uğurla davam edir
Məhz bu
qayğının nəticəsidir ki, respublikamızın bütün bölgələrində əkin sahələrinin
miqdarı ildən-ilə genişləndirilir. Qazax rayonunda da bu istiqamətdə
məqsədyönlü işlər görülür. Bunu rayonda artırılan əkin sahələrinin miqdarından
da aydın şəkildə görmək olar. 2016-cı ildə
16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda
əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq
2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63
hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması
nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki,
843,3 hektar əkin sahəsinin artırılması planlaşdırılır. Bu gün Qazaxda mətbəximizdə istifadə etdiyimiz və çörəkdən sonra ən
çox ehtiyac duyulan qida növü kimi kartofun da əkin sahələri genişləndirilir. Fermerlər
tərəfindən kartofçuluğun inkişafına böyük maraq göstərilir. Bunu hər il
rayonda kartof sahələrinin genişləndirilməsi bir daha sübut edir. Belə ki, 2016-cı ildə rayonda 433 hektar sahədə
kartof əkilmişdisə, 2017-ci ildə bu rəqəm 809,1 hektara çatdırılmışdır. 376,1
hektar artıq sahədə kartof becərən kəndlilər bu il də kənd təsərrüfatının başqa sahələrində
olduğu kimi, kartofçuluqda nümunəvi işlər görüblər. Təhlükəli zərərvericilərə
qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər
kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu
sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da
genişləndirərək 1086 hektara çatdırıblar. Bu da ötən illə müqayisədə 276,9
hektar çoxdur. İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar,
sadə kəndlilər növbəti ildə də kartof sahələrini genişləndirməyi düşünürlər.
Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsinin 114 hektar artırılaraq
1200 hektara çatdırılması nəzərdə tutulmuşdur. Bu günlər isə rayonda kartofçuluqla məşğul
olan zəhmət adamlarının işləri daha çoxdur. Onlar becərdikləri sahələrdə
yetişdirdikləri məhsulu yığmaqla məşğuldurlar. Əmək adamlarının aylardan bəri çəkdikləri
zəhmət hədər getməyib. Hazırda sahələrdən bol məhsul yığılır. Bu gün dövlət tərəfindən sadə kəndlilərə
verilən dəstək, göstərilən diqqət və qayğı onlarda böyük ruh yüksəkliyi
yaradır. Daha çox məhsul istehsal etməyə sövq edir. Gündəlik sahədə çalışan hər
bir kənd sakini ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bu isə əhalinin
məşğulluğunun təmin olunması və maddi rifah halının yaxşılaşdırılması deməkdir. GOYEZEN.AZ
Son dövrlər dövlət tərəfindən
ölkə iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan kənd
təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin
artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal
hesabına ödənilməsi və ixracın genişləndirilməsi istiqamətində kompleks
tədbirlər həyata keçirilir. Sahibkarlara, sadə kəndliyə göstərilən hərtərəfli
dövlət dəstəyi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş, kənd
təsərrüfatı məhsullarının istehsalının artırılmasına səbəb olmuşdur.
Facebook-da paylaş