• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda arpa biçini uğurla davam edir

Qazaxda arpa biçini uğurla davam edir
Xəbər verdiyimiz kimi, respublikamızın hər yerində, o cümlədən də Qazax rayonunda taxıl biçininə başlanılıb. Rayonda cari ilin məhsulu üçün 12 min 629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.

Bundan əlavə, taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə 32 kombayn cəlb edilib.

Hazırda qısa vaxt ərzində 3527 hektar arpa sahəsinin 3410 hektarında biçin aparılıb. Qalan 117 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir. Biçin aparılmış sahələrdən 8410 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 24,6 sentnerdir.

Məlumat üçün bildirək ki, arpa ilə yanaşı, buğda biçininə də başlanılıb. 9102 hektar buğda sahəsinin artıq 2590 hektarı biçilib. Zəmilərdən 8073,3 ton məhsul əldə olunub.

Ümumilikdə isə mütəxəssislər bu il rayonda zəmilərdən bol məhsul götürəcəklərini proqnozlaşdırırlar.

GOYEZEN.AZ


Facebook-da paylaş