• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda tütün əkininə başlanılıb

Bu il 60 hektar sahəyə tütün əkiləcəkdir


Qazaxda tütün əkininə başlanılıb
Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə mühüm əhəmiyyətli və səmərəli işlər görülür, əkin sahələri ildən-ilə daha da genişləndirilir. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür.

Gəlir verən bu sahə ilbəil daha da inkişaf edir. Bunu rəqəmlərdən də aydın şəkildə görmək olar. Əgər 2016-cı ildə rayon üzrə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılmışdır. Bol məhsul yetişdirildiyi üçün sahələrdən 80 tondan çox məhsul götürülmüşdür.

Tütünün gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələri daha da genişləndirilmiş və 60 hektarda əkin əkilməsi nəzərdə tutulmuşdur. Əkin aparılacaq sahələrdə şumlama işləri vaxtlı-vaxtında başa çatdırılmış və əkin üçün hazırlanmışdır.

Sahələr ştillərlə rayonun özündə təmin olunur. Bu məqsədlə Cəfərli kəndində 1000 kv.metr sahədə hazırlanmış istixanalara toxum səpilmiş və kifayət qədər ştil yetişdirilmişdir.

Bu gün rayonda tütün əkininə başlanılıb. Bu məqsədlə Kosalar kəndində şumlanıb hazırlanmış sahələrə ştil əkilib. Əkin aparılması üçün kifayət qədər işçi qüvvəsi də ayrılıb. Ştillər sahələrə köçürülən kimi suçular tərəfindən suvarılır.

Sahələrdə ştil əkini sürətlə davam edir. Gələcək bol məhsulun bünövrəsi qoyulur.

Elçin İSMAYIL

Qazaxda tütün əkininə başlanılıb
Qazaxda tütün əkininə başlanılıb
Qazaxda tütün əkininə başlanılıb
Qazaxda tütün əkininə başlanılıb
Qazaxda tütün əkininə başlanılıb


Facebook-da paylaş