• Təqvim

  • Unutma

  • Maraq

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında kartof əkini başa çatır

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında kartof əkini başa çatır
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri genişləndirilmiş, 20 min hektar sahədə əkin aparılmışdır.

Artıq rayonda kartofçuluq əsas kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdir. Öz fəaliyyətlərini aqrar sahədə quran iş adamları, ayrı-ayrı sahibkarlar, rayon sakinləri kartof əkininə daha çox diqqqət yetirir, əkin sahələrini genişləndirirlər.

Rayondakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı buna əyani şəkildə sübutdur. Əvvəlki illərdə olduğu kimi, bu il də təsərrüfatda məhsul istehsalının artırılması istiqamətində böyük işlər görülür.

Hal-hazırda təsərrüfatın əkin sahələrində gələcək məhsul üçün bünövrə qoyulur, bol məhsul götürməkdən ötrü möhkəm zəmin yaradılır. Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin daha sürətlə aparılmasına təkan vermişdir. Əkinin sürətlə aparılması üçün lazım gələn bütün hazırlıq işləri həyata keçirilmişdir. Əvvəlcədən görülən tədbirlərin nəticəsidir ki, hər gün yeni-yeni sahələrə frez çəkilir, əkin aparılması üçün hazırlanır. Traktorçular gün ərzində nəzərdə tutulduğundan çox sahədə əkin apararaq öhdələrinə düşən tapşırıqları artıqlaması ilə yerinə yetirirlər.

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının direktor müavini Anar Yusifov GOYEZEN.AZ saytına bildirib ki, 250 hektar sahədə aparılacaq kartof əkini işləri sürətlə və aqrotexniki qaydada həyata keçirilir. İşlərin belə sürətlə aparılmasının nəticəsidir ki, hər gün nəzərdə tutulduğundan daha çox sahəyə kartof toxumu səpilir. İşlərin gedişi belə deməyə əsas verir ki, təsərrüfatda kartof əkini yaxın günlərdə başa çatdırılacaqdır.

A.Yusifov qeyd edib ki, sahələrə əkmək üçün bu il Türkiyədən daha məhsuldar sortlar gətirmişik. “Melodiya”, “Marabel”, “Aqriya”, “Nataşa”, “Orkestra” sortları olduqca yüksək məhsul verir. Bu da bizim gələcəkdə daha çox məhsul götürməyimizə zəmin yaradır.

Kartof əkini sürətlə davam edir. Bunun üçün əvvəlcədən lazımi hazırlıq işləri həyata keçirilərək sahələrdə şumlama və dərmanlama işləri görülüb. Eyni zamanda, əkinin aqrotexniki qaydada aparılması və vaxtında başa çatdırılması üçün təsərrüfat şumlama traktorları, dərmanlanma və toxumsəpən aqreqatlarla tam təmin olunub. A.Yusifov bildirib ki, bu günə kimi 180 hektar sahəyə toxum səpilibdir. Kartof əkini 2-3 günə tam başa çatdırılacaqdır.

Rayonda da kartof əkini sürətlə davam edir. Qazax Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə bu il rayon üzrə 990 hektar sahədə kartof əkilməsi nəzərdə tutulmuşdur. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq 800 hektara yaxın ərazidə bu aqrotexniki tədbir başa çatmışdır.

Elçin İSMAYIL

Facebook-da paylaş