Əsas Səhifə > İqtisadiyyat > “İnvestel GROUP” MMC Qazaxda geniş imkanlar açır

“İnvestel GROUP” MMC Qazaxda geniş imkanlar açır

30-11-2017, 20:31
“İnvestel GROUP” MMC Qazaxda geniş imkanlar açır
Respublika Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş imkanlar açıb. Ölkə Başçısının göstərdiyi diqqət və qayğının nəticəsidir ki, respublikamızda sahibkarlıq sürətlə inkişaf edir.

Sahibkarlığın inkişafı üçün olduqca əlverişli olan Qazax rayonunda da bu istiqamətdə əhəmiyyətli işlər görülür. Rayonda sahibkarlığa göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, bu gün Qazaxda sahibkarlıq daha geniş vüsət alıb.

Rayonun II Şıxlı kəndində “İnvestel GROUP” MMC-nin gördüyü işlər, həyata keçirdiyi layihələr Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə daha bir nümunədir. Kənd təsərrüfatı məhsullarının əkini, biçini və istehsalı ilə məşğul olan cəmiyyət tərəfindən bu sahənin inkişafı üçün 12 milyon manat investisiya qoyulması nəzərdə tutulmuşdur.

“İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir. Cəmiyyət tərəfindən əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilir. Su xəttinin çəkilişində diametri 530 mm olan dəmir metal borulardan istifadə olunur. Birinci pillədə 3 ədəd nasos olacaqdır. İkinci pillədə isə nasosxana vasitəsilə suvarılan ərazilərə su veriləcəkdir.

Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzunun inşası davam etdirilir. Bununla yanaşı sahədaxili ümumi uzunluğu 18 km olan diametri 315 və 225 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi işləri də aparılır. 900 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Cəmiyyət tərəfindən əkiləcək 900 hektar sahənin 200 hektarını kartof, 200 hektarını qarğıdalı, 200 hektarını noxud, 200 hektarını buğda və 100 hektarını isə arpa sahəsi təşkil edəcəkdir.

“İnvestel GROUP” MMC ümumi sahəsi 1600 kv.metr, eni 16, uzunluğu isə 90 metr olan böyük anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və kənd təsərrüfatı texnikaları saxlanılır.

Cəmiyyət Aqrolizinq ASC-dən Türkiyənin Karataş firmasına məxsus özü yığılan və hər biri 500 metr uzunluğunda olan suvarma şlanqları, çöp doğrayan, 10 tonluq, cüt oxlu, traktor qoşqusu, mala, çalaqazan, taxıl toxumu təmizləyən, gübrəsəpən, taxılyükləyən, pnevmatik 6 cərgəli asma qarğıdalı toxumu səpən, 6 cərgəli kultivator, 9 gövdəli riper, hamarlayıcı hidravlik GAK-RCHC-9, Claas Axion markalı təkərli traktorlar, kanalaçan və başqa texnikalar almışdır.

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 5,3 km uzunluğunda elektrik xətti çəkilir və transformatorlar alınmışdır. MMC tərəfindən inşa edilmiş su anbarlarının tikintisi də davam edir. Burada işlər demək olar ki, başa çatmaq üzrədir. Eyni zamanda, tutumu 2160 ton olan soyuducu anbarın tikintisi də həyata keçiriləcəkdir.

Bakı-Qazax magistral yolunun kənarında sahəsi 300 kvadratmetr olan, ikimərtəbəli ofis binası inşa ediləcəkdir. Bu məqsədlə 0,80 hektar torpaq sahəsi ayrılıb.

Elçin İSMAYIL

Geri qayıt